ƏDV-nin qaytarılması ilə bağlı YENİLİK

Əlavə dəyər vergisinin qaytarılması üçün yaradılan informasiya sistemi digər bankların elektron bankçılıq həllərinə inteqrasiya olunacaq.
Azərbaycan Banklar Assosiasiyasından verilən məlumata görə, qeyd olunan məsələ ilə bağlı Assosiasiya tərəfindən İqtisadiyyat Nazirliyinə müraciət edilib.

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətinin, Azərbaycan Mərkəzi Bankının və Azərbaycan Banklar Assosiasiyasına üzv bankların nümayəndələri ilə görüş keçirilib.

Görüşdə müvafiq informasiya sistemi ilə inteqrasiyanın yaradılması həmçinin ədvgerial layihəsinə digər bankların da qoşulması məsələləri müzakirə edilib.

Xatırladaq ki, bu ilin may ayından etibarən pərakəndə ticarət və ya iaşə obyektlərindən alınan mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması məqsədilə yaradılan xüsusi portal vətəndaşların istifadəsinə verilib.


Tarix: 25-12-2020, 15:22 Oxunub: 609


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930