Ağcabədi icra başçısının “yolka” tapşırığı etiraza səbəb oldu: “Şəhidlərin ruhuna hörmətsizlikdir”

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının göstərişi ilə şəhər ərazisində yolka quraşdırlması sakinlərin etirazına səbəb olub.

ATİA.AZ   xəbər verir ki , İcra hakimiyyətinin əməkdaşlarının iştirakı ilə şəhərin mərkəzi küçələrindən birində yolka quraşdırılır.

Bu zaman bir neçə yerli sakin İcra aparatının əməkdaşlarına yaxınlaşaraq yolkanın quraşdırılmasına etiraz ediblər.

Sakinlər bildiriliblər ki, yolkanın quraşdırılması Vətən müharibəsində canından və qanından keçən şəhidlərin ruhuna hörmətsizlikdir. Daha sonra yolkanı quraşdıran şəxslər sakinlərə deyiblər ki, yolkadan şəhidlərin şəkillərini asacaqlar.

Bu sözdən sonra sakinlərlə yolka quraşdıranlar arasında mübahisə yaranıb. Sakinlər yolka quraşdırlanların - "yolkadan şəhidlərin şəkillərini asacağıq" deməsini şəhidləri əla salmaq məqsədi ilə deyildiyini iddia ediblər.


Tarix: 23-12-2020, 14:33 Oxunub: 514


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031