Ağstafada karantin rejimini pozan kafe aşkarlanıb

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi
 karantin rejim qaydalarının
 təmin olunması istiqamətində Ağstafa rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə  regional qrupundan  verilən məlumata görə, RPŞ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı şəhər ərazisində “Əriklik” adlı kafenin gizli şəkildə fəaliyyət göstərməsini aşkarlayıb. 
Polis əməkdaşları dərhal kafenin fəaliyyətini dayandırıb. Obyektin sahibi Elçin Əkbərov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib, müştərilər barəsində qanunamüvafiq tədbir görülüb. 

Ağstafa rayon Məhkəməsinin qərarı ilə E.Əkbərov 5 sutka inzibati həbs edilib.
 


Tarix: 17-12-2020, 22:52 Oxunub: 303


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930