11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“AccessBank” fermerlərə yeni mikrokreditlər təqdim edir

®️Mikro, kiçik və orta biznesin kreditləşməsi bazarının lideri olan “AccessBank” fermerlər üçün yeni mikrokreditlər təklif edir.
Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə birlikdə verilən mikrokreditlər aqrotexniki qulluq, gübrə alışı, yem tədarükü və alışı üçün nəzərdə tutulub. Mikrokreditlər 1 il müddətinə,15 min manatadək, 12%-lə və 6 ay güzəşt müddətilə verilir.
Kreditlər aqrotexniki qulluq və gübrə alışı, həmçinin heyvandarların yem tədarükü və yem alışı üçün nəzərdə tutulub.
Yeni mikrokredit məhsullarından hər hansı birini əldə etmək üçün fermerlər “AccessBank”ın ən yaxın filialına müraciət edə bilərlər.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir.
Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır.
Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçininwww.accessbank.azsaytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.


Tarix: 17-11-2020, 15:38 Oxunub: 339


Bölməyə aid digər xəbərlər