İnsan fəlakətinin qarşısı alındı - Hikmət Hacıyev

Ermənistan tərəfindən planlaşdırılan növbəti qəsdən və məqsədyönlü insan fəlakətinin qarşısı alındı.
QanunXəbər.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter səhifəsində yazıb.
"Ermənistanın atışa hazır olan ballistik raketi Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunun sərhəd zonasında start mövqeyində məhv edilib. Xeyli dinc sakinin həyatı xilas edilib", - deyə Azərbaycan Prezidentinin köməkçisi əlavə edib.


Tarix: 14-10-2020, 10:14 Oxunub: 252


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31