11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Böyük Britaniyanın yeni daxili işlər nazirinin adı AÇIQLANDI

Böyük Britaniyanın keçmiş nəqliyyat naziri Qrant Şapps ölkənin yeni daxili işlər naziri təyin edilib.
  Bu barədə Britaniya Baş naziri Liz Trasın ofisinin yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, 54 yaşlı Şapps 2019-cu ildən nəqliyyat departamentinə rəhbərlik edir.
Şapps yəhudi ailəsində anadan olub. Baş nazirliyə namizəd iqtisadiyyat və maliyyə təhsili aldığı Mançester Politexnik məktəbini bitirib. Məzun olduqdan sonra şəxsi bizneslə məşğul olub, veb-saytlar hazırlayan, marketinq və dizayn sahəsində xidmətlər göstərən “PrintHouse Corporation” şirkətini qurub.
Onun Britaniya Parlamentinin İcmalar Palatasına daxil olmaq üçün ilk iki cəhdi (1997-ci il və 2001-ci il) uğursuz alınıb.
Bununla belə, 2005-ci ildə o, hələ də parlamentin aşağı palatasına vətəni Hertfordşirdəki Uelin-Hatfild seçki dairəsinin nümayəndəsi kimi daxil olaraq seçkilərdə qalib gələ bilib. Siyasətçi 1997-ci ildən iş qadını Belinda Qoldstonla evlidir, cütlüyün üç övladı var.
Qeyd edək ki, Böyük Britaniyanın yeni daxili işlər naziri Suella Bravermanı əvəz edib. Suella Braverman Baş nazir Liz Trasın rəhbərlik etdiyi hökumətin iqtisadi siyasəti ilə razılaşmadığı üçün istefa verib.


Tarix: 20-10-2022, 08:38 Oxunub: 194


Bölməyə aid digər xəbərlər