“Avroviziya”nın ilk təmsilçisi açıqlandı

İsveçrənin Bazel şəhərində keçiriləcək 69-cu “Avroviziya-2025” beynəlxalq mahnı müsabiqəsində iştirak edəcək ilk təmsilçinin adı açıqlanıb. Bu barədə yarışmanın sosial media hesabında paylaşım edilib. Bildirilib ki, Kipri müğənni və rəqqas Teo Van təmsil edəcək. Onun ifa edəcəyi mahnı daha sonra təqdim olunacaq.

Qeyd edək ki, yarışmanın yarımfinalları 13 və 15 may, finalı isə 17 may tarixində olacaq. Müsabiqə “St. Jakobshalle” idman arenasında baş tutacaq.

Xatırladaq ki, İsveçrə bu ilin mayında İsveçin Malmö şəhərində keçirilən “Avroviziya-2024”də ölkə təmsilçisi Nemo-nun “The Code” mahnısı ilə qalibiyyətindən sonra yarışmanı keçirmək hüququ qazanıb. Azərbaycan 2025-ci ildə müsabiqədə iştirak edəcəyini təsdiqləyib.


Tarix: 2-09-2024, 13:21 Oxunub: 393


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31