Türkiyə kanalında Xankəndidən bəhs edildi

Xankəndi addım-addım bərpa olunur və tezliklə Azərbaycanın ən böyük tələbə şəhərlərindən birinə çevriləcək. Bu barədə Türkiyənin NTV telekanalının Azərbaycanın erməni işğalından azad edilmiş Qarabağ regionundan xüsusi reportajında deyilir.
 
Jurnalist Sare Selvi Öztürk uzun onilliklər erməni separatçılarının nəzarətində olmuş şəhərin bərpası üzrə genişmiqyaslı işlərə diqqət çəkir.
 
Reportajda qeyd edilir ki, işğal dövründə separatçı rejim tərəfindən istifadə edilən binalar Azərbaycan hökumətinin qərarına əsasən sökülür. Misal olaraq, bu yaxınlarda separatçıların “parlament” binasının yerləşdiyi yer nümayiş etdirilir.
 
“Bu gün Xankəndi bərpa və rekonstruksiya üzrə böyük meydançadır. Şəhərdə mehmanxanalar, kafelər, restoranlar və mağazalar açılır, sosial infrastruktur fəal şəkildə müasirləşdirilir. Xankəndi inkişafının yeni səhifəsinə hazırlaşır”, - deyə türkiyəli jurnalist bildirir.
 
Öztürk qeyd edir ki, zamanla Xankəndi Azərbaycanın böyük tələbə şəhərinə çevriləcək. “İşğaldan azad olunmuş Xankəndinin ilk sakinləri Qarabağ universitetinin müəllimləri və tələbələri olacaq. Tədris prosesinə fəal hazırlıq davam etdirilir”, - deyə jurnalist ali məktəb binasının fonunda vurğulayır.


Tarix: 27-07-2024, 20:22 Oxunub: 220


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930