11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
"Azərbaycanın ən yeni tarixini yazan Prezident" - Aynurə Abbasova

       Dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının Ümummilli Lideri       Heydər Əliyevin  müxtəlif zamanlarda böyük uzaqgörənliklə, müdrikliklə   söylədiyi  fikirlər zaman - zaman gerçəkləşir, real həyatda öz təsdiqini tapır. Bunun ən bariz nümunəsi Ulu Öndərin 1 oktyabr 2003-cü ildə  Azərbaycan xalqına tarixi müraciətində qeyd olunan: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” sözləridir. 2003-cü ildə azad, demokratik və şəffaf   keçirilmiş V rəsmi prezident seçkilərində  cənab İlham Əliyev seçicilərin böyük əksəriyyətinin etimadını qazanaraq ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi.
      Cənab İlham Əliyev andiçmə mərasimindəki nitqində böyük uzaqgörənliklə demişdir: “Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir. Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm. Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik.”
Bəli, Cənab İlham Əliyev özünün bütün gücünü, biliyini, iradəsini müasir, zəngin və qüdrətli Azərbaycanın tərəqqisinə səfərbər edərək  xalqımızı və Vətənimizi zamanın bütün sınaqlarından uğurla çıxardı ,   böyük siyasi, iqtisadi, hərbi  qələbələrə imza atdı. Möhtərəm Prezidentimizin   xalqımızın maraqlarına söykənən fəaliyyəti bu gün ölkəmizin bütün sahələrdə davamlı inkişafını təmin edir.
       Möhtərəm Prezident İlham Əliyev cənablarının ötən 20 il ərzində çoxşaxəli və yorulmaz fəaliyyəti nəticəsində daxildə siyasi sabitlik  möhkəmləndi, dünyanın əksər ölkələri ilə fəal dilpomatik əlaqələr quruldu,   ölkəmizin beynəlxalq aləmdə nüfuzu xeyli artdı və beləliklə,       Müstəqil Respublikamızın milli səviyyədən regional, hətta qlobal miqyasa yüksəlməsinə gətirib çıxardı. Yalnız öz xalqına arxalanan, sözü ilə əməli bir olan, qlobal düşüncəli Liderimizin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri isə məhz Azərbaycanın ərazi bütövülüyünün və suverenliyinin tam bərpasıdır. Eyni zamanda Prezidentimizin düşünülmüş siyasəti nəticəsində bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hisslərinə, milli düşüncəyə malik gənclər formalaşıb ki, bu da   gələcəyə hesablanmış siyasətin nəticəsidir. Gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən ən vacib faktorlardan biridir. Möhtərəm Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, yaradıcı  gəncliyin formalaşmasına şərait yaradıb. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.
      Möhtərəm Prezidentimizin 20 illik fəaliyyətinin son 3 ili xüsusilə  unudulmaz və yaddaqalan olmuşdur. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan - Ermənistan sərhədində sərhəd - buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə,   sentyabrın 19-da isə suverenliyimizi tam bərpa etdik. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin, qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, onların döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Azərbaycan ərazilərini tərk etməsi, qondarma rejimin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbəsinin təntənəsidir. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı bir daha sübut etdi ki, şəhidlərimizin qanı yerdə qalmadı, onların qisası artıqlaması ilə alındı. Bu gün hər bir azərbaycanlı qalib xalqın qalib övladı kimi alnı açıq, üzü ağ, başı ucadır. Qarabağımızın hər yerində, o cümlədən Xankəndidə üçrəngli bayrağımız dalğalanır. Xalqımız qazanılan bütün qələbələrə, əldə olunan uğurlara, davamlı  inkişafa görə Azərbaycanın ən yeni tarixini yazan  Prezidentimizə minnətdardır.

Aynurə Abbasova
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri


Tarix: 16-10-2023, 10:50 Oxunub: 168


Bölməyə aid digər xəbərlər