30 avqust 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatında 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycanı inkişafa, yüksəlişə aparan yolun başlanğıcı” mövzusuda tədbir keçirildi.
Tədbir YAP Qazax rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstünün ziyarəti ilə başlandı. İlk öncə Ulu Öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” 1991-ci il 30 avqust tarixli Bəyannamə ilə əlaqədar geniş məlumat verdi. Ulu Öndər Heydər Əliyevin Naxçıvanda çətin şəraitdə çoxşaxəli fəaliyyətindən, misilsiz xidmətlərindən ətraflı danışdı.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən daxili və xarici siyasətdən geniş bəhs etdi.
Tədbirdə Partiya veteranlarından İsgəndər Qurbanov, Gövhər Rəhimova, ərazi partiya təşkilatı sədrlərindən Azad Hümbətov, Rəna Bayramova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən, şərəfli və mənalı ömür yolundan ətraflı danışdılar, müstəqil Azərbaycanın memarı və xilaskarı olan Ümummilli Liderimiz Heydər Əliyevə rəhmət dilədilər və Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları başda olmaqla müdrik xalqımıza uğurlar arzuladılar.
Bölməyə aid digər xəbərlər