11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
"Tarixi Zəfər, Böyük Qayıdış, növbəti hədəf..." - Ədalət Hüseynov

     Xalqımızın, dünya azərbaycanlıların və bütün Türk dünyasının qürur duyduğu, fəxr etdiyi, güvəndiyi Möhtərəm  Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə 2020-ci ildə          44 günlük Vətən müharibəsində Azərbaycan  dünya   hərb tarixinə  yeni bir səhifə yazaraq misilsiz bir Zəfərə imza atdı.  Hərb və diplomatiya sahəsində prinsipial və qətiyyətli  iradə nümaiş etdirən Prezidentimiz çıxışlarının birində demişdir: “Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz.”
Doğrudan da Azərbaycan öz torpaqlarını azad etməklə, tarixi inkişafının irimiqyaslı bərpa - quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə yönələn və bir çox ölkələr üçün nümunə olan yeni mərhələyə qədəm qoymuşdur. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, nəqliyyat - kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülmüşdür. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş milli prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu milli prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-        iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəd kimi qəbul edilmişdir.
İndi zaman Azərbaycanın xeyrinə işləyir. Ölkəmiz qarşıya qoyulan hədəflərə doğru inamla və qətiyyətlə addımlayır. Bu il 24 dekabr tarixində Prezidentimiz cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşü də yaddaqalan, tarixi bir hadisə oldu. Görüşdə səslənən fikirlər hər birimizdə xoş ovqat və gələcəyə böyük inam yaratdı. Görüşdə Möhtərəm   Prezidentimiz mənfur ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə diqqət çəkərək qeyd etdi ki, əzəli və əbədi Azərbaycan torpaqları olan Qərbi Azərbaycana qayıtmağın da vaxtı çatıb. Bununla bağlı bütöv bir konsepsiya ortaya qoyulub. Qərbi Azərbay­cana qayıdış, hər şeydən əvvəl, tarixi ədalətin bərpası baxımın­dan çox vacibdir. Çünki bu torpaq­lar qədimdən Azərbaycan ərazisinin bir hissəsi olub. Bununla bağlı hüquqi müstəvidə bütün lazımi tədbirlər görülməsinin vacibliyini qeyd edən Prezidentimiz vurğulamışdır ki, bu məsələyə beynəlxalq hüquqşünaslar cəlb edilməlidir. Onlar bu qayıdış istəyini və hüququnu beynəlxalq müstəvidə necə reallaşdırmaq lazımdır yolunu bizə göstərəcəklər. Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca bu Azərbaycan tarixində qalacaqdır. Əldə edilən həm hərbi, həm siyasi uğurlarımız da gələcək üçün zəmin yaradır. Həm qayıdış üçün, həm təhlükəsizlik üçün, həm Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyənlər üçün də bir dərs oldu və bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz. İkinci Qarabağ müharibəsi və müharibədən keçən iki ildən artıq müddət bunu bir daha göstərdi. Təbii ki, xarici təsirlər ola bilər, hansısa bəyanatlar ola bilər, ancaq  onlara əhəmiyyət vermək lazım deyil.
    Böyük inamla demək olar ki, Prezidentimizin milli maraqlara xidmət edən uzaqgörən siyasəti nəticəsində illərlə ata - baba torpaqlarından ayrı düşmüş soydaşlarımız öz doğma yurdlarına - Qərbi Azərbaycana qayıdacaqlar. Mövcud Azərbaycan reallıqları bunları söyləməyə əsas verir ki, Tarixi Zəfərdən Böyük Qayıdışa, möhtəşən quruculuğa doğru inamla addımlayan ölkəmiz tezliklə qarşıya qoyduğu məqsədlərinə, növbəti hədəflərinə  çatacaqdır. 

Ədalət Hüseynov 
YAP Qazax rayon təşkilatı
ərazi partiya təşkilatının sədri    


Tarix: 29-12-2022, 11:12 Oxunub: 215


Bölməyə aid digər xəbərlər