11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
"Xalqın Yeni Azərbaycan Partiyasına inamı sonsuzdur" - Anar Nəbiyev

Hər bir ölkənin tarixində onun gələcək taleyinə bilavasitə təsir göstərən əhəmiyyətli dönüş nöqtələri olur. Bu baxımdan böyük inam və fəxr hissi ilə qeyd edirik ki, Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin həyatında dönüş nöqtəsi olaraq yeni mərhələyə yol açdı. Təsis konfransını 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən                  550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası bu gün milyonların partiyasına çevrilərək, 800  minə yaxın üzvü sıralarında birləşdirir. Bu, hər zaman qeyd edildiyi kimi, sadəcə bir statistika deyil. Xalqın ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətinin və onun layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın ifadəsidir. Xalqın bu partiyaya inamı sonsuzdur. Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyada təmsil olunmaq böyük şərəfdir. Ümummilli Liderin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir. Yarandığı gündən Azərbaycanın bu günü və gələcəyi üçün çalışan Yeni Azərbaycan Partiyasının ölkədə keçirilən seçkilərdə böyük uğur qazanmasında bu amilin rolu böyükdür. Dünənin, bu günün və gələcəyin partiyası kimi mövqeyini möhkəmləndirən YAP daim irəli sürdüyü qərarları, təşəbbüsləri ilə diqqətdə olub. 30 ildə partiyanın keçirilən seçki proseslərinə qatıldığı şüarlara diqqətə yetirsək görərik ki, hər dövrün tələblərini özündə əks etdirir, yeni vəzifələri qarşıya qoyur. Azərbaycanın  müstəqilliyinin yenidən bərpası illərinə bələdçilik edən Yeni Azərbaycan Partiyasının tarixi mühüm hadisələrlə, uğurlarla zəngindir.
Ötən il Yeni Azərbaycan Partiyasının VII qurultayında dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev proqram xarakterli nitqində müstəqillik tariximizi təhlil edərək ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin Azərbaycana qazandırdığı uğurları əsaslı şəkildə diqqətə çatdırdı. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Məhz 1993-2003-cü illərdə yaradılan möhkəm bünövrə üzərində Azərbaycan son 19 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə  daha da inkişaf edərək, hər gün bir addım Qarabağın azadlığına yaxınlaşdı. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bu illərdə Qələbəyə hazırlığın təqdimatı oldu. Tarixi Zəfərimizin reallıqları əsasında YAP-ın yeni Proqramı təsdiqləndi. Partiyanın 800 minə yaxın üzvü “Biz birlikdə güclüyük!” söyləyərək yeni Proqramın hədəflərinin reallığa çevrilməsinə öz töhfələrini verməyə səy göstərirlər. 30 il gələcək üçün möhkəm təməldir.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri   


Tarix: 19-11-2022, 13:24 Oxunub: 398


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı