Şəhidimiz torpağa tapşırıldı... - Qazaxda...

   Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməlıri nəticəsində şəhid olan, Azərbaycan Ordusunun hərbi qulluqçusu 1994-ci il təvəllüdlü, gizir Kərimov Azad Zakir oğlu bu gün yaşadığı Qazax rayonunun Daş Salahlı kəndində  dəfn olundu.
    Şəhidimiz Daş Salahlı kənd  qəbiristanlığında torpağa tapşırıldı, ruhuna dualar oxundu, məzarı üstünə əklillər və tər qərənfillər qoyuldu.
Vida mərasimində Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. 
    Allah şəhidlərimizə rəhmət eləsin!


Tarix: 14-09-2022, 16:19 Oxunub: 548


Bölməyə aid digər xəbərlər


«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930