11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Qazaxda “reket”çiliyin inkişafına kim şərait yaradır?...

    Bir neçə gün öncə respublikanın baş prokuroru  cənab Kamran Əliyev televiziyaya  verdiyi müsahibəsində haqlı olaraq “reket” jurnalistikaya qarşı mübarizənin aparılmasını və ona qarşı kəskin qanunun hazırlanmasının vacibliyini vurğuladı.  Hətta, MŞ-dan da bildirilir ki, son zamanlar yenə də “reket” jurnalistlər fəallıq tapıblar, mütamadi olaraq “İş başındadırlar”. 

 Mətbuatı, televiziyanı və sosial şəbəkəni izləyənlər təbii ki, bunu daha yaxşı bilirlər. Lakin ölçüb-biçəndə jurnalistikada “reket”çiliyi yaradan səbəblərin də olduğunu aydın surətdə görürsən. Məmurların əksəriyyəti pul yığmağa başı qarışdığından, “yüz yeyənin olsun, bir deyənin olmasın!” misalını əsas gətirərək əl-ayaq yazarlarını görən kimi özlərindən uzaqlaşdırmaq məqsədilə ciblərinə 5-10 manat basırlar. Guya ki, əli qələm tutmayanlar nəsə yazıb, qarşısındakını biabır edə bilərlər. Bir adam ki, iki sözü dalbadal yaza bilmirsə, axı səni necə biabır edə bilər?  Demək, təqsirin bir ucu “reket” jurnalistlərdədisə, digər  ucu  məmurlardadı. 

Redaksiyamıza etibarlı mənbədən daxil olan məlumata görə  Qazax Suvarma Sistemləri  İdarəsində “jurnalistlərə  hörmət“ elə bu məzmundadır.

  Məlumata görə, hər gün bura üz tutan “reket” jurnalistlər idarənin baş mühəndisi Asim Osmanovdan  10-20  manat almamış uzaqlaşmırlar. Asim Osmanovun “əliaçıqlığı” Bakıda,  Gəncədə və digər yerlərdə yaşayan “reket” jurnalistlərə də yaxşı məlumdur. Görəsən, baş mühəndisdə bu qədər vəsait haradandır ki, gəlib-gedənlərə  pul paylayır? Buradaca “xoruzun quyruğu aydınca görünür”. Demək, baş mühəndis Asim Osmanov  idarəni basıb talayır. Belə olmasaydı onun yanına ayda hər biri 1 dəfə gələn “reket” jurnalistlərə pul paylamazdı...

 “Reket” jurnalistikaya qarşı mübarizə aparılan bir vaxtda Asim Osmanov və onun kimilərinin “reket” jurnalistlərin dəyirmanına su tökməsi, görəsən necə başa düşüləndi?  Və Asim Osmanov hansı cəmiyyətə xidmət edir?

 Qarşı tərəfin fikrini də dinləməyə hazırıq.

Mövzunu nəzarətdə saxlayaraq araşdırmalarımız davam edir..

   ATİA.AZ


Tarix: 5-08-2022, 20:29 Oxunub: 402


Bölməyə aid digər xəbərlər