Azərbaycan Ordusunun əsgəri intihar edib...

Azərbaycan Ordusunun hərbi qulluqçusu intihar edib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 5-i saat 17 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Tağıyev Rəvan Zeynalabdin oğlunun ona təhkim edilmiş avtomat silahdan atəş açaraq özünü öldürməsi faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda istintaq aparılır.

report


Tarix: 6-07-2022, 16:53 Oxunub: 301


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31