16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı DƏYİŞDİ - Yeni gələn kimdir?

Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı yenə dəyişib.

Bu haqda informasiyanı “Operativ Məlumat Mərkəzi” Telegram kanalı yayıb.

Mənbə yazır ki, Qarabağdakı sülhməramlı qüvvələrə general-mayor Andrey Volkov rəhbərlik edəcək.

Qeyd edilir ki, komandirin dəyişdirilməsi planlaşdırılmış rotasiya çərçivəsində həyata keçirilir, işlərin qəbulu və təhvil verilməsi proseduruna başlanılıb.

Volkov 2020-ci ilin noyabrından 2021-ci ilin may ayına kimi sülhməramlılara general-leytenant Rüstəm Muradovun rəhbərlik etdiyi vaxtda Rusiyanın Qarabağ bölgəsində sülhməramlı kontingentinin komandir müavini olub.
Hazırda Volkov Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin radiasiya, kimyəvi və bioloji mühafizə qoşunlarının rəisidir.

2021-ci ilin sentyabrından Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri vəzifəsində general-leytenant Gennadi Anaşkin çalışıb.

Bizim.Media

Tarix: 11-01-2022, 12:58 Oxunub: 572


Bölməyə aid digər xəbərlər


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031