21.20.2021-ci il tarixdə ATİA.AZ saytında dərc olunan "Azərbaycan Respublikasınln Sindo-ryu və Pençak Silat Federasiyası" haqqında böhtan xarakterli yazılara münasibət... sərlövhəli araşdırma yazısı ilə bağlı "Azərbaycan Respublikasınln Sindo-ryu və Pençak Silat Federasiyası"nın kolletivi tərəfindən redaksiyamıza müraciət olunaraq yeni açıqlamalar vermək istədiklərini bildirdilər. Əməkdaşlarımız federasiyanın üzvləri ilə əlaqə saxlyıblar. Üzvlərdən Abdulla Abdullazadə (məşqçi-idmançı) və Elxan Cəfərov (məşqçi-idmançı) video formatda müsahibə verərək Federasiyaya və idmançılara qarşı edilən haqsızlıqlardan söhbət açdılar və bu haqsızlıqların saytımız vasitəsi ilə aidiyyatı QURUMLARA çatdırılmasını xahiş etdilər.
Abdulla Abdullazadə, Elxan Cəfərov və digər idmançıların iddialarına görə "Azərbaycan Respublikasınln Sindo-ryu və Pençak Silat Federasiyası"na olan haqsızlıqlara İdman Nazirliyinin əməkdaşı ORUC MƏMMƏDLİ rəhbərlik edir.Biz Oruc müəllimlə əlaqə saxladıq və Oruc müəllim bizə heç vaxt Federasiyanın işlərinə qarəşmadığını bildirdi. Lakin təqdim olunan sənədlərdə Oruc Məmmədlinin elektron poçt ünvanından Beynəlxalq Federasiyaya ünvanlanan məktub var.
1997-ci ildə qeydiyyatdan keçmiş Federasiya ola-ola eyni adda əlavə Federasiya yaratmağa ehtiyac duyulurmu?
İddialara görə bu işin təşkilinə çalışanlar arasında Məqami Bayramov 2015-ci ildən Rusiya vətəndaşlığını qəbul etdiyi üçün, Emil Əliyev və Məhəmməd, Əkbər Şəmilli qardaşları isə Federasianın məxfi məlumatlarını digər Beynəlxalq Qurumlara məlumat verdikləri üçün Rederasiyadan xaric olunmuşlar.
"Azərbaycan Respublikasınln Sindo-ryu və Pençak Silat Federasiyası" 2019-cu ilin axırında AÇIQ AVROPA ÇEMPİONATIndan
3 qızıl, 1 gümüş medalla qayıdıb və Ziya Mirzəyev isə Beynəlxalq dərəcəli hakim təsdiq olunub.
Dövlətimiz tərəfindən həmin idmançılara pul mükafatları təyin olunur və həmin mükafatın 50 %-i məbləğində də məşqçiyə vəsait ayrılır. Abbas Hünbətov isə Oruc Məmmədlinin "sayəsində" həmin mükafatı ala bilmir.
Aşağıdakı şəkildən də göründüyü kimi Oruc müəllimin dəstəyi ilə "yaranan" Federasiyada isə federasiyaya aid heç kim yoxdur.
Aşağıdakı şəkildə isə Oruc müəllimin "PENCAK SİLAT FAMİLY" qrupuna atdığı mesaj təsvir olunur. Bu mesajdan isə Oruc müəllimin bu işlərə birbaşa rəhbərlik etdiyi aydın görünür. Bəs görəsən hörmətli İdman Nazirimizin bundan xəbəri varmı?
Daha bir maraqlı məqam diqqəti cəlb edir. İran-Azərbaycan münasibətlərinin gərgin olduğu bir vaxtda özlərinin "yaratdıqları" Federasiyaya iran vətəndaşı Azzati Hosseyn adlı şəxsi vitse-prezident gətirmək hansı məqsədi güdür?
Federasiya kollektivini maraqlandıran məsələlərdən biri də odur ki, qeydiyyatdan keçməmiş, şəhadətnaməsi olmadan öz aləmlərində "yaratdıqları" təşkilatın möhür və ştampını Ceyhun Əşrəfov necə əldə edib?
Bu və digər suallarla bağlı növbəti araşdırmalarımızda məlumat verəcəyik.
Federasiyanın prezidenti Abbas Hünbətovla görüşə bilmədik. Abbas müəllimin də fikirlərini öyrənib ictimaiyyətə təqdim edəcəyik.
Hələlik isə araşdırmalarımız davam edir.
Adları çəkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq.
Bölməyə aid digər xəbərlər