11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Reket bloger Ata Abdullayev məhkəmədə AĞLADI

Bakı Ağır Cinayətlər Məhkəməsində Ata Eldar oğlu Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı keçirilib.
  Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Ata Abdullayev qeyd edib ki, 8 aydır 6 kvadrat metrlik otaqda tək qalır:
"Düzdür, iki dəqiqədən bir mənim təhlükəsizliyimi, psixoloji durumumu yoxlayırlar. Cənab hakim, mənim atam yoxdur, sizdən ata kimi xahiş edirəm”.
A.Abdullayev prosesdə ağlayıb.
Daha sonra bildirilib ki, cinayət işi üzrə 4 nəfər zərərçəkmiş var. Onlardan yalnız biri Elmar Əliyev məhkəmədə iştirak edib.
Məhkəmədə prokuror ittiham aktını elan edib.
İttihamda göstərilib ki, Ata Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. İttihama əsasən, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və Formula-1 yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2400 manatlıq iPhone 11 Pro Max telefonu alıb.
Abşeron rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6000 pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.
Aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib.
Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15000 manat pul tələb edib.
Məhkəmə oktyabrın 26-da davam edəcək.


Tarix: 19-10-2021, 16:31 Oxunub: 346


Bölməyə aid digər xəbərlər