Göygöldə bir qrup şəxs tərəfindən it döyüşləri keçirilib.
ATİA.AZ APA-ya istinadən xəbər verir ki, Göygölün Lüləli kəndində "it meydanı" adlandırılan ərazidən paylaşılan görüntülərdə keçirilən yarışa yüzlərlə insanın gəldiyi məlum olub.
Pandemiya qaydalarının pozulduğu qanunsuz yarışlara ölkənin müxtəlif bölgələrindən it döyüşdürmək üçün gələn insanlar iştirak edib.
Məlumata görə, yarışların hər ay keçirilməsi planlaşdırılıb
Qeyd edək ki, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da heyvan hüquq müdafiəçilərinin səyi sayəsində it döyüşləri qadağan edilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, sosial şəbəkələrdə bu yarışların Gəncə şəhərində keçirilməsi qeyd olunsa da, yarış Gəncə şəhərində deyil, Göygöl rayonunda keçirilib.
E. Qasımov deyib ki, məsələ ilə bağlı artıq araşdırmalar başlanılıb: “Tezliklə araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Göygöldə qanunsuz it yarışlarının keçirilməsi ilə bağlı məsələ nəzarətə götürülüb.
Bölməyə aid digər xəbərlər