11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Ölkədə sərt karantin rejimi və qapanma olmamalıdır” - AÇIQLAMA

“Koronavirusa yoluxma halları yenidən artır. Narahatedici məqamlardan biri də vəfat edənlərin sayının artımıdır, nəzərə alsaq ki, ikinci dalğa yeni başlayıb, hər 1000 nəfərə 12 ölüm düşür”  -  bu barədə tanınmış iqtisadçı alim Qubad İbadoğlu fikir səsləndirib.
 İqtisadçı bildirib ki, bu göstərici 1 ildən artıq müddətdə sözügedən xəstəliyin müalicəsi üzrə təcrübə yığan səhiyyə sistemi üçün çox pisdir: “Fikrimcə koronavirusdan yaxa qurtarmağın 2 yolu var.
1. Ya yoluxub, sağalanların sayının artması ilə kollektiv müqavimət formalaşdırılmalı.

2. Ya da yoluxmayıb, özünü qoruyanların kütləvi və sürətli peyvənd edilməsi yolu ilə fərdi olaraq orqanizmlərdə müqavimət yaradılmalıdır.


Səhiyyə statistikası bərbad olduğuna görə, indiyədək yoluxanların ümumi sayının 259 476 nəfər, sağalanların sayının 237 338 nəfər, vəfat edənlərin sayının 3538 nəfər olduğuna inanmaq olmur. Çünki, bu siyahıda yoluxub, evdə müalicə olunanlar, yaxud, müalicə olunmayıb sağalanlar və ya dünyasını dəyişənlər yer almayıb”.

Qubad İbadoğlunun sözlərinə görə, səhiyyə statistikasına inansaq, belə çıxır ki, indiyə qədər əhalinin 2,5 faizi virusa yoluxub, hələ 97,5 faizi də yoluxa bilər: “Odur ki, bu rəqəmlərə əsaslanmaq və düzgün səhiyyə siyasəti yeritmək mümkün deyil. Əslində evdə müalicə olunanlar hətta xəstəxanada sağalanlardan 10 dəfə çox olsa da, kollektiv müqavimətin formalaşmasına hələ tezdir. Bunu da gözləmək xalqı qırğına verməkdir. Odur ki, 2-ci varianta üstünlük verilməlidir. Bu da sürətli və kütləvi peyvənd olunmaqdır”.

Qiymət artımı payızda başlayıb, aprelədək davam edəcək" - Qubad İbadoğlu Sual vaxtında - BBC News Azərbaycanca

İqtisadçı alim peyvəndləmənin nədən belə ləng getdiyini də izah edib: “Görünən odur ki, ən azı 4 mühüm problem var.

1. Lazımı qədər peryvənd yoxdur. Baxmayaraq ki, verilən məlumata görə, Azərbaycan 6 milyon doza vaksin alıb.

2. Səhiyyə infrastrukturu zəifdir.

3. İdarəetmə işi pis təşkil olunub.

4. Əhali maraqlı deyil.

Dördüncü variant çox önəmli məsələdir. Çünki əhali inanmırsa, birinci 3 variantın hətta yaxşı olması belə əhəmiyyətli deyil. Hesab edirəm ki, peyvəndlə bağlı məlumatlar açıq olmalı, bu proses şəffaf və hesabatlı şəkildə həyata keçirilməlidir. Üçüncüsü və ən başlıcası səhiyyə statistikası dürüstləşdirilməlidir. Bunsuz tibbi sığorta da mənasızdır. Karantin rejiminə gəlincə, böyük ehtimalla hökumət buna getməyəcək. Çünki, belə olanda sahibkara və aztəminatlı təbəqəyə pul ödəmək lazımdır”.


Tarix: 31-03-2021, 15:11 Oxunub: 307


Bölməyə aid digər xəbərlər