Vilayət Eyvazov bir Polis İdarəsinin 30-dan çox vəzifəli şəxsini işdən çıxardı

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakının Suraxanı rayon Polis İdarəsinin 30-dan çox yüksək rütbəli əməkdaşını işdən uzaqlaşdırıb.

ATİA.AZ-ın əldə etdiyi məlumata görə, həmin şəxslər nöqsanlara görə sərəncama götürülüb.
Belə ki, ötən il noyabrın sonunda nazirin əmri ilə Suraxanı RPİ rəisi, polis polkovniki Namiq Həsənov vəzifədən azad edilərək DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisi təyin olunub.

Bir ay sonra isə Quba rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Süleyman Nemətov Suraxanıya rəis təyin edilib.
S.Nemətov vəzifənin icrasına başlayan kimi nazirliyə müraciət edərək kompleks yoxlama keçirilməsini istəyib. İdarədə aparılan araşdırmalar nəticəsində çoxlu nöqsanlar aşkar edilib və yekun nəticə nazirə məruzə olunub.

Bunun əsasında Suraxanı RPİ-nin Cinayət Axtarış İdarəsinin rəisi, İstintaq İdarəsinin rəisi, İdarəyə tabe olan 30-cu Polis Şöbəsinin, 31, 32 və 33-cü Polis Bölmələrinin rəis müavinləri, 31-ci Polis Bölməsinin rəisi İman Mehdiyev və digər yüksək rütbəli polis əməkdaşları nazirin əmri ilə vəzifədən çıxarılaraq sərəncama götürülüb.


Tarix: 10-02-2021, 11:24 Oxunub: 899


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930