Tofiq İsmayılovun oğlu Mirheydərin Qusar icra hakimiyyətinin qapılarına dirənən dələduzluğu

Bakı sakini Vasif Məmmədov bildirir ki “Qarakənd faciəsi” nin qurbanlarından olan Tofiq İsmayılovun oğlu Mirheydər İsmayılov onun 35000 AZN pulunu düz iki ildir ki, mənimsəyib, qaytarmır. V.Məmmədov AzTimes.az-a müsahibəsində deyir ki, atasının “şəhid” statusundan istifadə edərək insanları aldatmaqla məşğul olan Mirheydər İsmayılov daha sonra yaxın qohumları olan Qusar icra başçısı Şair Alxasovun məbləği tam ödəyəcəyini, məbləğin bir hissəsinin ona çatdığını bildirib. Düz iki ildən çoxdur ki, günü-günə satmaqla vaxt qazanan kəslər ortada olan məbləğdən bir manat belə ödəniş etmirlər. Vasif Məmmədov deyir ki, mövzudan ailə üzvlərinin xəbəri var. Əvvəllər Rusiya telekanalının birində yüksək qonorarla çalışan M. İsmayılov Mərdəkan ərazisində olduqca baha qiymətə mülk alıb, olduqca lüks həyat tərzi sürür. Yegane övladını Polşada ən bahalı məktəblərin birində oxudur.


Tarix: 4-02-2021, 22:39 Oxunub: 1 388


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930