Hacı Zeynalabdin Tağıyevin heykəli hazırdır

Xalq rəssamı Xanlar Əhmədov Azərbaycanın görkəmli ictimai xadimi, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin heykəlini hazırlayıb. 
X.Əhmədov bildirib ki, bu işə böyük həvəslə başlayıb və yaratdığı obraz haqda çox araşdırma aparıb. 
Xalq rəssamı heykəlin qoyulacağı ünvanın H.Z.Tağıyev obrazı ilə uzlaşdığını bildirib. 
Qeyd edək ki, H.Z.Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirilən açıq heykəltəraşlıq müsabiqəsinə təqdim olunan 26 layihə arasından X.Əhmədovun layihəsi qalib seçilib. 
Xatırladaq ki, ötən il Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın incəsənət xadimlərinin bir qrupu ilə görüşündə H.Z.Tağıyevin Bakıda heykəlinin ucaldılması barədə təklif səsləndirilib. 
Dövlət başçısının imzaladığı sərəncamla görkəmli xadimin abidəsinin ucaldılmasına qərar verilib.


Tarix: 21-01-2021, 09:28 Oxunub: 413


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930