Ölkə başçısının sərəncamı ilə 27 sentyabrdan 9 noyabradək II Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi barədə qərar qəbul olunub və 9 milyon, 68 min, 128 manat müvafiq olaraq büdcədən vəsait ayrılıb.
İki gündür ki, muxtəlif rayon və kəndlərdən, xüsusilə Ağdam və Tərtər rayonlarının, ən çox da Ağdam rayonu Zəngişalı kəndindən olan sakinlər narazılıq edirlər.
Gələn xəbərlərə görə, evi zərər görən hər kəsə 1000 manat veriblər. İnsanların evi dağıdılıb, klyonka ilə pəncərədən və dağılmış divardan, tavandan gələn soyuq və şaxtalı havanın qarşısını alırlar, amma lazımı vəsait ayrılmır.
Belə ki, 2 296 500 manat Tərtər Rayon İcra Hakimiyyətinə ayrılıb. Bəs hanı pullar?
1 848 500 manat Ağdam Rayon İcra Hakimiyyətinə ayrılıb. Hanı pullar?
Necə yeyə bilirsiniz o pulları? Məgər başa düşmürsünüz ki, siz və övladlarınız isti evinizdə keyf çəkəndə evi dağılmış vətəndaş və onun körpə balaları soyuqdan donur?
Reportyor.info-ya istinadən
Bölməyə aid digər xəbərlər