Söhbət məhz Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Rəisi (rəis əvəzi) Elşən Şirinovdan və onun fəaliyyətindən gedir.
Qazax rayonunda Ağstafa çayının Qazax rayonu ərazisindən keçən hissəsinin kənarında çox ciddi İdarənin fəaliyyətinin həyata keçirilməsinə , ekoloji tənzimlənməyə ehtiyac duyulur.
Həmin zibillik insanların və təbiətin digər canlı üzvlərinin həyat və sağlamlığı üçün çox ciddi və real təhlükə mənbəyidir.
Həmçinin Qazax şəhərində bir sıra “Sahibkar"ların ağacların “qatillərinə” çevrilməklərinə son qoyulmasına tam ehtiyac vardır ki, bunun üçün də qətiyyətlə fəaliyyət göstərilməlidir.
Bu yerdə Ümummili Liderimiz Mərhum Heydər Əliyevin fikirlərini xüsusi qeyd etmək istərdik: - “Bir ağacı kəsən sanki mənim bir qolumu kəsir"
Belə ki, Qazax şəhəri, Heydər Əliyev prospektində, ACCESS BANK-ın Qazax Fillalının arxasında yerləşən, hazırda “XANPUB” (əvvəlki adı Dəniz Çay evi) kimi fəaliyyət göstərən obyektin qarşısında, ümumi istifadədə yerləşən ağaca qənim kəsililblər.
Orada olan ağac qanunsuz olaraq kəsilmiş və həmin ağacın kökü məhv edilmiş və yerinə tamet döşədilmiş, ağacın yeri gizlədilmişdir.
Ancaq sözügedən ekoloji hüquqpozmalarla bağlı tədbirlərin görülməsi ilə bağlı Qazax ictimaiyyətinə hər hansı məlumat verilməsi halına araşdırmalarımızla rast gəlməmişik.
Sözügedən və digər hüquqpozmalarla bağlı əlavə araşdırmalarımız gedir və yaxın günlərdə həmin məlumatlar ictimaiyyətin diqqətinə çatdırılacaqdır.
Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Bölməyə aid digər xəbərlər















