16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Qazaxda 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirildi

     17 oktyabr 2025-ci il  tarixdə  Yeni  Azərbaycan  Partiyası  Qazax  rayon  təşkilatında  18 Oktyabr - Müstəqilliyin  Bərpası  Günü münasibətilə              tədbir keçirildi.

     Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi, suverenliyimizin bərpası uğrunda canlarından keçmiş müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

     YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev geniş məruzə ilə çıxış edərək ölkəmizin müstəqillik tarixindən, Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyasından, Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında son 22 il ərzində ölkəmizin qazandığı qələbələrdən, uğurlardan, nailiyyətlərdən geniş bəhs etdi. 

     Rayon təşkilatının sədri 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün hər bir azərbaycanlı üçün qürur və iftixar dolu bir gün olduğunu bildirərək tədbir iştirakçılarını bu əlamətdar gün münasibətilə təbrik etdi.

     Tədbirdə partiya fəallarından Lalə Eyubova, Sədaqət Qasımova, Polad Ağakişiyev, Aynur Qasımova və başqaları çıxış edərək müstəqilliyimizin tarixindən, qorunub saxlanılmasından, müdrik xalqımızın böyük oğlu Ümummilli Lider Heydər Əliyevin dövlət müstəqilliyimizin möhkəmləndirilməsində misilsiz xidmətlərindən ətraflı danışdılar. Natiqlər  Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının rəhbərliyi altında qazanılan uğurlardan, əldə olunan nailiyyətlərdən, müstəqil, suveren Azərbaycanın günbəgün öz hədəflərinə doğru inamla irəliləməsindən ətraflı danışdılar.


 

 


Tarix: 17-10-2025, 17:14 Oxunub: 1 110


Bölməyə aid digər xəbərlər


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031