08:20 / 11-05-2026
Anar Eminov: “Müasir universitetlərin gələcəyi yaşıl düşüncə, sağlam həyat tərzi və sosial məsuliyyət fəlsəfəsi üzərində formalaşır”
07:23 / 11-05-2026
Mingəçevir Dövlət Universitetində “I Yaşıl Kampus İdman Festivalı” keçirilib
00:03 / 10-05-2026
Mingəçevir Dövlət Universiteti WURI 2026 beynəlxalq innovasiya reytinqində dünyanın “TOP 100” universitetləri sırasında yer alıb
18:03 / 08-05-2026
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş daha bir tədbir...
17:50 / 08-05-2026
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 - cü ildönümü münasibətilə silsilə tədbirlər davam edir
10:14 / 08-05-2026
Çingiz Məmmədov: "Prinsipial mövqeyin aydın ifadəsi"
19:32 / 07-05-2026
Fəridə Ləmanın Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr etdiyi “Onu zaman seçib” kitabının təqdimat mərasimi keçirildi
17:43 / 07-05-2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 - cü ildönümü münasibətilə silsilə tədbirlər davam edir - Qazaxda
13:57 / 07-05-2026
Anar Nəbiyev: "Dostluğumuz münasibətlərimizdə dərin köklər salıb"
10:12 / 07-05-2026
Anar Nəbiyev: "Sabit və dayanıqlı gələcəyə doğru"
09:41 / 07-05-2026
İsgəndər Qurbanov: "Çoxşaxəli və dayanıqlı əməkdaşlıq"
10:04 / 06-05-2026
"Vətənimdir Azərbaycan!” adlı layihənin icrasına start verilib
16:54 / 05-05-2026
“Biz səhnəyə çıxmırıq, biz baxışları dəyişirik” — Elnar Musayev ilə fərqli müsahibə
10:38 / 05-05-2026
Babək Vələdov: "İdman sahəsində daha böyük zirvələr fəth olunacaq"
16:14 / 04-05-2026
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir
11:51 / 04-05-2026
Anar Nəbiyev: "Azərbaycan idman ölkəsi kimi dünyada böyük nüfuz qazanıb"
10:44 / 01-05-2026
TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub
19:58 / 30-04-2026
Nağıyeva Aynurə ATİA.AZ saytı tərəfindən "Təşəkkürnamə" ilə təltif olundu
11:00 / 30-04-2026
Aynurə Abbasova: Çexiya ilə əməkdaşlıq daha da dərinləşir
21:28 / 29-04-2026
Şəkidə “Tələbə Kuboku – 2026” adlı “Nə? Harada? Nə Zaman?” intellektual oyununun final mərhələsi keçirildi
18:22 / 28-04-2026
Qazaxda Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103- cü ildönümünə həsr olunmuş tədbir keçirilib
13:49 / 28-04-2026
Anar Nəbiyev: "Bu gün yüksək səviyyədə qurulan siyasi təmaslar çox güclü siyasi bünövrəni təşkil edir"
10:18 / 28-04-2026
Akademik Zərifə Əliyevanın doğum günüdür
10:04 / 28-04-2026
"Heydər Əliyevin dövlət idarəçiliyi göstərdi ki, dövlət müstəqilliyinin təməli hüquq və ədalətdir" - Subut Mehdiyev
16:10 / 27-04-2026
Fəridə Xudiyeva: "Sabit və çoxşaxəli əməkdaşlıq modeli"
17:56 / 26-04-2026
Zəhməti, İstedadı və İşıqlı gələcəyi ilə seçilən gənc sənətçi – Qürurumuz Ziya Sadıxlı
17:59 / 24-04-2026
"Aygün Sadiq Qələminə Ədəbi Bədii Baxış" - Sevil Azadqızının təqdimatında...
20:52 / 23-04-2026
Şəkidə Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş intellektual oyun keçirilib
22:43 / 21-04-2026
Azərbaycanın qəhrəman oğlu Vasif Tağıyev
10:58 / 21-04-2026
Beynəlxalq görüşlərdə Azərbaycan qadınının güclü təmsilçiliyi və qadın həmrəyliyi nümunəsi
22:31 / 20-04-2026
Ürəyi dayanan xəstəni həkimlər xəstəxananın həyətində həyata qaytarıb
19:16 / 18-04-2026
"Şuşa fatehi – Yunis Kazımov” kitabının təqdimatı keçirildi
Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?
"2025-ci ilin sosial paketinin icrasına start verilib. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamına uyğun olaraq, bu aydan bır sıra artımlar qüvvəyə minib” - bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Bölməyə aid digər xəbərlər
"2025-ci ilin sosial paketinin icrasına start verilib. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamına uyğun olaraq, bu aydan bır sıra artımlar qüvvəyə minib” - bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.Deputat qeyd edib ki, Azərbaycanda 3 milyon vətəndaşı əhatə edəcək sosial paketin əsas elementlərindən biri də məhz maaş artımlarıdır: "Azərbaycan Prezidentinin imzaladığı sərəncama uyğun olaraq, bu aydan ölkədə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata çatdırılıb. Bu o deməkdir, bu aydan etibarən həm dövlət, həm də özəl sektorda 400 manatdan az maaş vermək mümkün olmayacaq. Yəni, minimum əməkhaqqı alan vətəndaşlarımız yanvar ayı üçün maaşlarını 16 faiz artımla alacaqlar.
Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək.
Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da təxminən bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və artırılacaq. Sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əməkhaqqı artacaq. Bu artımlar isə Nazirlər Kabineti tərəfindən qərar imzalandıqdan sonra ödəniləcək”.
V.Bayramov pensiya artımları ilə bağlı məsələyə də aydınlıq gətirib: "Mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildə orta aylıq əməkhaqqında artım faizinə uyğun olaraq indeksasiya olunaraq artırılır. Hələlik dəqiq artım faizi bəlli olmasa da, artımlar məhz bu aydan hesablanır. 2024-cü ilin ilk 10 ayının yekunlarına əsasən, ölkə üzrə orta aylıq əməkhaqqı təxminən 8 faiz artıb. Dəqiq rəsmi göstərici isə gələn ayın əvvəllərində elan ediləcək.
2024-cü ildə orta aylıq əməkhaqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq.
Qeyd edim ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. "Əmək pensiyaları haqqında” Qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq.
Minimum pensiya məbləği isə gələn aydan 280 manatdan 320 manata çatdırılacaq. Bu o deməkdir ki, minimum pensiya alanlar artıq gələn aydan artırılmış məbləği alacaqlar”.
Deputatın sözlərinə görə, Prezidentin digər sərəncamı ilə isə bu aydan etibarən ehtiyac meyarı 285 manata çatdırılıb: "Ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin bu ildən artmasına səbəb olacaq. Bu 900 manat gəliri olan və 5 üzvü olan ailədə aylıq sosial yardım məbləğinin orta hesabla 450 manatdan 525 manatadək yüksəlməsi deməkdir.
Artımların ödənilməsinə gəldikdə isə, yeni ehtiyac meyarı ünvanlı sosial yardım proqramı çərçivəsində yeni yardım almağa başlayanlara şamil olunacaq. Yəni, əgər vətəndaşın müraciətinə bu ay müsbət cavab verilib ona yardım ödənilməsi ilə bağlı qərar veriləcəksə, o artırılmış məbləğlə yardımı bu aydan alacaq.
Prezidentin imzaladığı 23 dekabr 2024-cü il tarixli sənədə əsasən, Nazirlər Kabineti (NK) sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində dövlət başçısına təqdim etməlidir. NK tərəfindən təkliflər təqdim olunduqdan sonra müavinət və təqaüdlərin artırılması ilə bağlı sənəd imzalancaq. Bununla da müavinət və təqaüdlərin artırılması həyata keçiriləcək”.
Tarix: 7-01-2025, 10:54 Oxunub: 1 126
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
18-12-2024, 14:19
İlham Əliyev "Rossiya Seqodnya"nın baş direktoruna müsahibə verdi
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
25-12-2021, 08:05
Pensiyaçılar fevralın 1-ni gözləsin… Artım gözlənilən qədər olmayacaq
4-08-2020, 20:35
Büdcəyə dəyişiklik layihəsi plenar iclasa tövsiyə olundu
15-12-2022, 10:05
Bu halda pensiya yaşı azaldıla bilər
2-11-2021, 07:44
Artırılacaq rüsumların - Ümumi SİYAHISI
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
21-02-2021, 22:28
"Qocaların çoxu pensiya ala bilməyəcək"
6-09-2024, 12:27
BDU-da yoxlama aparıldı - Nöqsanlar aşkarlandı
13-09-2020, 18:35
Karantin rejimi ilə bağlı yeni qərar - BU MƏHDUDİYYƏTLƏR QALIR
22-11-2021, 09:29
Pensiyaya çıxmaq istəyənlərin NƏZƏRİNƏ! - Məbləğ artdı
24-12-2024, 11:17
Minimum əməkhaqqı artdı - SƏRƏNCAM
1-06-2022, 11:58
Bu gündən bu şəxslərin əmək haqları minimum 1000 AZN OLACAQ
23-02-2022, 09:23
Hökumət qiymətlərə görə nazirlikləri ayağa qaldırdı - məmurlar sərəncamı sabotaj edə bilər
27-12-2024, 13:25
Maaşlar nə qədər artırılıb? - Nazirlik açıqladı
28-09-2022, 10:11
Bütün növ pensiyalar bu tarixdən ARTIRILACAQ - RƏSMİ
5-05-2023, 08:00
"Heydər Əliyev və Azərbaycan səhiyyəsi" - Nasir Əhmədov
22-07-2020, 21:04
Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminat proqramı ildən-ilə gücləndirilir
14-01-2021, 13:38
Yanvardan ödədiyimiz pulla hansı tibbi xidmətlər göstəriləcək?
25-12-2024, 13:06
Aktauda AZAL-ın təyyarəsi qəzaya uğradı
11-12-2024, 12:44
Yolu, şagirdi olmayan, təhlükəli məktəbi kim qoruyur? - FOTO - VİDEO
















