13:17 / 02-12-2024
Sabah hava necə olacaq?
“Böyük Qayıdış” layiqli şəkildə təmin edilir" - Rəna Bayramova

     44 günlük Vətən müharibəsində şanlı Qələbəyə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Bu haqq savaşının  24-cü günü - 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub. Dövlətimizin Başçısı 2023-cü il iyulun 31-də Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi ilə imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur.
     Qeyd edək ki, Zəngilan rayonu Ermənistan və ona dəstək verən dövlətlər tərəfindən 1993-cü il oktyabrın 29-da işğal olunub. İyirmi yeddi illik işğal dövründə  mənfur erməni cinayətlərinə şahidlik edən rayon tamamilə dağıdılıb, zəngin təbii ehtiyatlarını ermənilər talayaraq xarici ölkələrə daşıyıb. İkinci Qarabağ müharibəsində Zəngilan rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Müzəffər Ali Baş Komandan  cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz yeni tarix yazdı. Şanlı Ordumuz  aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində dörd il əvvəl, oktyabrın 20-də Zəngilanı işğaldan azad etməyə nail oldu. 2020-ci il dekabrın 23-də isə Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Zəngilanda Azərbaycan bayrağını ucaltdı. Şəhərin erməni işğalçılarından təmizlənməsindən artıq  4 il ötür. Həmin tarixi günü zəngilanlılar bu gün də fəxr və qürur hissi ilə xatırlayırlar. Çünki 27 il davam etmiş işğala son qoyulub. Artıq zəngilanlılar rayonun 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi günü deyil, azad olunduğu tarixi - 20 oktyabrı qeyd edirlər.
    “Böyük Qayıdış” və Zəngilan rayonunun yeni inkişaf dövrünü qürurla izləyirik. Bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə Zəngilanda icra edildi, Ağalı kəndində. 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar.
Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı var.
     Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. Bu şəhərin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə, ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar.
Logistiklayihələrə gəlincə Horadiz-Zəngilan-Ağbənddəmiryolununinşasınınböyükstrateji əhəmiyyətivar. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir. 
      Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri Heydər Əliyev Fondu tərəfindən icra olunur. Zəngilan məscidinin bərpası ilə bilavasitə Fond məşğul olub. İşğal dövründə ermənilər tərəfindən xalqımıza məxsus olan milli-mənəvi dəyərlərin erməniləşdirilməsinə cəhd göstərilib. Buna nail olmadıqda isə onları dağıdıb, təhqir ediblər.
Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir. 
    Bu gün işğal dövründə  ermənilərin viran qoyduğu yurd yerlərimizin bərpası prosesisürətlə davam edir.  Müstəqil  Azərbaycan dövlətinin gündəliyində dayanan ən vacib məsələlərdən biri 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ərazilərə “Böyük Qayıdış”ın  təmin olunmasıdır.  Günümüzün reallığı ondan ibarətdir ki, güclü, qüdrətli  Azərbaycan dövləti Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab  İlham Əliyevin rəhbərliyi ilə qaçqın və məcburi köçkün soydaşlarımızın işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış”ını layiqli şəkildə təmin edir.

Rəna Bayramova
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri


Tarix: 21-10-2024, 11:14 Oxunub: 123


Bölməyə aid digər xəbərlər