11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
"Yaşasın Azərbaycan qadınları!" - Mehman Ballayev

      Azərbaycan qadınları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.  Doğrudan da, dünyanın yaranışından bu günə qədər cəmiyyətlərin inkişafında qadınlaın  əvəzedilməz rolu olmuşdur. Çünki, nəzərə alsaq ki, qadın ilk növbədə anadır, valideyndir və ailədə uşaqların tərbiyəsi ilə bilavasitə məşğul olur, o zaman, qadının xalqın gələcəyi sayılan gənc nəslin formalaşmasındakı rolu hər birimizə aydın olar. Digər tərəfdən, tarixdə bir sıra faktlar var ki, həlledici məqamlarda qadınların hər hansı bir məsələyə müdaxiləsi olduqca mühüm əhəmiyyətə malik olub. Bu, Azərbaycan tarixində də var. Xalqımızın Tomris, Nüşabə, Sara xatun, Xan qızı Natəvan kimi dövlətinin varlığını qorumaq üçün diplomat, dövlət başçısı rolunda yüksək səviyyədə çıxış edən qadınları olub. İkinci bir tərəfdən, Azərbaycan xalqında qadına hörmət göstərmək milli dəyər səviyyəsindədir. Bu gün bəlkə də xalqımız dünyada nadir xalqlardandır ki, ictimai yerlərdə, ümumiyyətlə, hər bir məkanda qadına qarşı xüsusi münasibət göstərilir. Bu, Azərbaycan xalqına əsrlərdən bəri yadigar qalan bir irsdir və xalqımız bu milli dəyəri uğurlu şəkildə qoruyub gələcək nəslə ötürür.
     “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar” deyən və hər zaman   qadın şəxsiyyətinə böyük hörmətlə yanaşan Ümummilli Lider Heydər Əliyev ölkədə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoydu. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Dahi şəxsiyyət Heydər Əliyev 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında” fərman da imzalamışdır. Bu sənəd hər mənada qadınların fəallığına, cəmiyyətdə öz yerlərini tutmalarına kömək olmuşdur. Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanı isə ölkədə qadın siyasətinin daha da güclənməsinə gətirib çıxartmışdı. 
     44 günlük Vətən müharibəsində xalqımıza Şanlı Qələbəni bəxş edən qəhrəman şəhidlərimizin, igid qazilərimizin, rəşadətli əsgər və zabitlərimizin anaları da məhz, fədakar Azərbaycan qadınlarıdır. Azərbaycan qadını - Qəhrəman ana, Qəhrəman bacı, Qəhrəman həyat yoldaşıdır.
Azərbaycan qadınlarının simvolu, Birinci vitse - prezident,  Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə qadınlara göstərilən diqqət və qayğı, Azərbaycan cəmiyyətində qadınların rolunun artırılması yönümündə həyata keçirilən məqsədyönlü tədbirlər, icra olunan layihələr dünyanın bütün lider qadınlarına bir örnəkdir. Odur ki, Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti, isməti və gözəlliyi, cəmiyyətdəki fəal rolu ilə dünya qadınlarına bir nümunədir.   
     Hər il  8 mart ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur. Bayram günü ərəfəsində Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verilir, onlar orden və medallarla təltif edilirlər. Sevindirici haldır ki, bu il ilk dəfə olaraq  xalqımız 8 mart  bayramını ölkəmizin bütün ərazisində suverenliyimizin tam bərqərar olması şəraitində qeyd edir. 8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar daim Azərbaycan sevgisi ilə yaşayan, Vətənimizin qüruru sayılan qəhrəman övladlar yetişdirən Azərbaycan analarının qarşısında  baş əyirik, əllərindən öpürük, ən səmimi arzularımızı çatdırırıq.
    Yaşasın Azərbaycan qadınları!

Mehman Ballayev
YAP Qazax rayon təşkilatının əməkdaşı


Tarix: 11-03-2024, 15:10 Oxunub: 169


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı