13:34 / 21-10-2026
Ərazi partiya təşkilatlarında görüşlər davam edir
09:14 / 21-10-2026
Cavahir Əhmədova: "Zəngilan – Tarixi Zəfərin təntənəsi"
09:03 / 21-10-2026
YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında partiya üzvləri ilə keçirilən görüşlər davam edir
11:33 / 20-10-2026
Anar Nəbiyev: "Zəngilan yenidən qurulur"
10:39 / 20-10-2026
Esmira Şıxməmmədova: Bakı Zirvəsi və Azərbaycanın artan nüfuzu
13:22 / 19-10-2026
YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında partiya üzvləri ilə görüşlər davam edir
11:52 / 19-10-2026
Anar Nəbiyev: Füzuliyə yeni həyat qayıdıb
13:39 / 18-10-2026
"MƏN SƏNİ UDUZMADIM" - Atlaz Rzayinin yeni şeirlər kitabının təqdimatı
21:34 / 16-10-2026
Nə qədər ki,kollec direktorları himayə olunur, onlar düzgün seçilmir, müsbətə doğru nəsə dəyişə bilərmi?
17:58 / 16-10-2026
YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında partiya üzvləri ilə görüşlər davam edir
11:28 / 16-10-2026
Anar Nəbiyev: Müharibə bizim seçimimiz olmayıb
10:17 / 16-10-2026
YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında partiya üzvləri ilə görüşlər davam edir
08:46 / 16-10-2026
Ramil Qurbanov: Füzuli – Zəfərin və dirçəlişin ünvanı
13:33 / 15-10-2026
Anar Nəbiyev: Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik
09:50 / 15-10-2026
YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında partiya üzvləri ilə növbəti görüşlər davam edir
14:30 / 14-10-2026
YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında partiya üzvləri ilə növbəti görüşlər keçirilib
13:10 / 14-10-2026
Anar Nəbiyev: İqtisadi əməkdaşlığın yolları müəyyənləşdirildi
08:24 / 14-10-2026
Polad Ağakişiyev: Dünyəvilik prinsipinə hörmət hər kəsin borcudur
14:23 / 13-10-2026
Ariz Mehtiyev: Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ
13:28 / 13-10-2026
Anar Nəbiyev: "Vahid məktəbli forması sosial bərabərlik funksiyası daşıyır"
17:26 / 12-10-2026
YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında partiya üzvləri ilə növbəti görüşlər keçirilib
12:04 / 12-10-2026
Anar Nəbiyev: Tarixi dostluğa söykənən əməkdaşlıq
22:49 / 11-10-2026
CƏMİYYƏTİN MƏRD və VƏTƏNPƏRVƏR OĞLU - "Arifoğlu İnşaat"ın Nicatı
08:14 / 11-10-2026
“Halva Halva deməklə” intellektual Quizi keçirildi
20:02 / 08-10-2026
"UĞURLAR SƏNƏ, XƏYAL" - Elfaq Əliyevin təqdimatında
18:27 / 08-10-2026
Biz ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə aparırıq
09:45 / 07-10-2026
Qazaxda mübahisə qan tökməklə yekunlaşdı- Video
10:43 / 06-10-2026
Rəna Bayramova: "Mühüm siyasi hadisə"
10:51 / 05-10-2026
Anar Nəbiyev: "YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
06:11 / 05-10-2026
"Həsrətin səndən də vəfalı imiş..." - Habil Əsgəroğlu
05:36 / 05-10-2026
Müəllimlik dünyada ən çətin, ən şərəfli peşədir
"300 il keçsə də qəzəb bizi buraxmayacaq" - Gülnaz Mahmudova
Otuz iki il bundan əvvəl mənfur qonşular Xocalıdabənzəriolmayan qanlı faciə törədib günahsız, əliyalın insanları, körpələri, qadınları xüsusi amansızlıqla qətlə yetirdilər. Onların törətdiyi Xocalı soyqırımı zamanı 613 insan vəhşicəsinə qətlə yetirildi, 150 insan itkin düşdü, 1000-dən çox insan girov götürüldü, 60-dan çox uşaq, 100-dən çox qadın, 70 yaşlı insan erməni cəlladları tərəfindən vəhşicəsinə bir gecə içində qətlə yetirildi. Azərbaycan Ordusu həm 44 günlük Vətən müharibəsində, həm də 2023-cü ilin sentyabrında keçirdiyi antiterror tədbirləri ilə Xocalı qurbanlarının qisasını artıqlaması ilə aldı. Otuz iki ildən sonra həsrətində olduğumuz doğma torpağımıza qayıtdıq və Xocalı soyqırımı gününü Xocalıda qeyd etdik.
Fevral ayının 26-da Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı qeyd etdi ki, Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. Otuz iki il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirmişdir. Dövlət başçısı onu da vurğuladı ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. Cəmi 18 ölkə bizim səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanımışdır. Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır. Dövlət başçısının söylədiyi kimi, Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır.
Dövlətimizin başçısı eyni zamanda qeyd etdi ki, Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı. Beş ay əvvəl antiterror əməliyyatı nəticəsində Xocalı daxil olmaqla bütün ərazilər azad edildi.
Möhtərəm Prezidentimiz çıxışında xüsusi vurğuladı ki, “Xocalıya ədalət!” tələbimiz tam haqlı idi. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın.
Azərbaycanda yüzdən çox köçkün qəsəbəsi salınmışdır. Birinci köçkün qəsəbəsi Ulu Öndər Heydər Əliyevin iştirakı ilə məhz xocalılılar üçün Ağcakənd qəsəbəsində salınmışdır. Çadır şəhərciklərin sonuncusu 2007-ci ildə ləğv edildi İndi isə köçkün anlayışı artıq tamamilə silinib. Biz bütün torpaqlarda Azərbaycan Bayrağını qaldırmışıq və ərazi bütövlüyümüzü bərpa etmişik.
Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Quruculuq işləri geniş vüsət alıb. Bu il yeni yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Cari ildə həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək.
Ölkə Başçımız çıxışı zamanı onu da vurğuladı ki, sentyabrın 20-də öz suverenliyimizi tam bərpa edəndən sonra dərhal göstəriş verildi ki, ilk növbədə, Xocalıda xocalılıların evləri bərpa edilsin. Çünki mənfur düşmən qanlı soyqırımı törətmişdir, xocalılıları öz doğma torpağından didərgin salmışdır. Xocalının tarixi adını dəyişdirməyə cəhdlər olmuşdur. Azərbaycanlıların evlərinə isə separatçılar və xarici ölkələrdən olan insanlar yerləşdirmişdi. Xalqımıza qarşı böyük və çirkin cinayət törədilmişdir. Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Ermənistanın yeganə çıxış yoluna gəlincə yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir.
Möhtərəm Prezidentimiz həmçinin qeyd etdi ki, biz həm İkinci Qarabağ müharibəsi zamanı, həm antiterror əməliyyatı zamanı qisasımızı cinayətkarlardan aldıq. Azərbaycan ordusu Ermənistan ordusunu məhv etdi və iki dəfə kapitulyasiyaya imza atmağa məcbur etdi. Azərbaycan rəsmi İrəvandan fərqli olaraq dinc əhali ilə heç vaxt müharibə aparmayıb və bunu hər kəs görür və bilir. Həm 2020-ci ildə, həm keçən ilin sentyabr ayında apardığımız hərbi əməliyyatlar bütün beynəlxalq humanitar hüquqa uyğun şəkildə aparılmışdır və bunu hər kəs bilir və heç kim bizə heç bir irad tuta bilmir. 30 il yox, 300 il keçsə də qəzəb bizi buraxmayacaq.
Bəli, Xocalı soyqırımından artıq 32 il keçir. Müdrik xalqımız bu günü nə qədər ürək ağrısı, qəlb yanğısı ilə qeyd edirsə, bu gün həm də çox qürurlu, üzü ağ, alnı açıq, başı ucadır. Bu gün nəinki Xocalı qurbanlarının, eləcə də bütün şəhidlərimizin ruhu şaddır, çünki onların qanı yerdə qalmadı, qisası artıqlaması ilə alındı.
Gülnaz Mahmudova
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Bölməyə aid digər xəbərlər
Otuz iki il bundan əvvəl mənfur qonşular Xocalıdabənzəriolmayan qanlı faciə törədib günahsız, əliyalın insanları, körpələri, qadınları xüsusi amansızlıqla qətlə yetirdilər. Onların törətdiyi Xocalı soyqırımı zamanı 613 insan vəhşicəsinə qətlə yetirildi, 150 insan itkin düşdü, 1000-dən çox insan girov götürüldü, 60-dan çox uşaq, 100-dən çox qadın, 70 yaşlı insan erməni cəlladları tərəfindən vəhşicəsinə bir gecə içində qətlə yetirildi. Azərbaycan Ordusu həm 44 günlük Vətən müharibəsində, həm də 2023-cü ilin sentyabrında keçirdiyi antiterror tədbirləri ilə Xocalı qurbanlarının qisasını artıqlaması ilə aldı. Otuz iki ildən sonra həsrətində olduğumuz doğma torpağımıza qayıtdıq və Xocalı soyqırımı gününü Xocalıda qeyd etdik.Fevral ayının 26-da Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı qeyd etdi ki, Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. Otuz iki il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirmişdir. Dövlət başçısı onu da vurğuladı ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. Cəmi 18 ölkə bizim səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanımışdır. Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır. Dövlət başçısının söylədiyi kimi, Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır.
Dövlətimizin başçısı eyni zamanda qeyd etdi ki, Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı. Beş ay əvvəl antiterror əməliyyatı nəticəsində Xocalı daxil olmaqla bütün ərazilər azad edildi.
Möhtərəm Prezidentimiz çıxışında xüsusi vurğuladı ki, “Xocalıya ədalət!” tələbimiz tam haqlı idi. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın.
Azərbaycanda yüzdən çox köçkün qəsəbəsi salınmışdır. Birinci köçkün qəsəbəsi Ulu Öndər Heydər Əliyevin iştirakı ilə məhz xocalılılar üçün Ağcakənd qəsəbəsində salınmışdır. Çadır şəhərciklərin sonuncusu 2007-ci ildə ləğv edildi İndi isə köçkün anlayışı artıq tamamilə silinib. Biz bütün torpaqlarda Azərbaycan Bayrağını qaldırmışıq və ərazi bütövlüyümüzü bərpa etmişik.
Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Quruculuq işləri geniş vüsət alıb. Bu il yeni yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Cari ildə həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək.
Ölkə Başçımız çıxışı zamanı onu da vurğuladı ki, sentyabrın 20-də öz suverenliyimizi tam bərpa edəndən sonra dərhal göstəriş verildi ki, ilk növbədə, Xocalıda xocalılıların evləri bərpa edilsin. Çünki mənfur düşmən qanlı soyqırımı törətmişdir, xocalılıları öz doğma torpağından didərgin salmışdır. Xocalının tarixi adını dəyişdirməyə cəhdlər olmuşdur. Azərbaycanlıların evlərinə isə separatçılar və xarici ölkələrdən olan insanlar yerləşdirmişdi. Xalqımıza qarşı böyük və çirkin cinayət törədilmişdir. Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Ermənistanın yeganə çıxış yoluna gəlincə yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir.
Möhtərəm Prezidentimiz həmçinin qeyd etdi ki, biz həm İkinci Qarabağ müharibəsi zamanı, həm antiterror əməliyyatı zamanı qisasımızı cinayətkarlardan aldıq. Azərbaycan ordusu Ermənistan ordusunu məhv etdi və iki dəfə kapitulyasiyaya imza atmağa məcbur etdi. Azərbaycan rəsmi İrəvandan fərqli olaraq dinc əhali ilə heç vaxt müharibə aparmayıb və bunu hər kəs görür və bilir. Həm 2020-ci ildə, həm keçən ilin sentyabr ayında apardığımız hərbi əməliyyatlar bütün beynəlxalq humanitar hüquqa uyğun şəkildə aparılmışdır və bunu hər kəs bilir və heç kim bizə heç bir irad tuta bilmir. 30 il yox, 300 il keçsə də qəzəb bizi buraxmayacaq.
Bəli, Xocalı soyqırımından artıq 32 il keçir. Müdrik xalqımız bu günü nə qədər ürək ağrısı, qəlb yanğısı ilə qeyd edirsə, bu gün həm də çox qürurlu, üzü ağ, alnı açıq, başı ucadır. Bu gün nəinki Xocalı qurbanlarının, eləcə də bütün şəhidlərimizin ruhu şaddır, çünki onların qanı yerdə qalmadı, qisası artıqlaması ilə alındı.
Gülnaz Mahmudova
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Tarix: 1-03-2024, 17:06 Oxunub: 1 089
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
30-08-2022, 10:16
Ermənistan işğalı nəticəsində itkin düşmüş minlərlə azərbaycanlının taleyi hələ də naməlumdur - Beynəlxalq İtkinlər Günü
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
27-02-2024, 11:21
"Nahaq qan yerdə qalmadı" - Zaməddin Ziyadoğlu
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
26-02-2024, 14:26
" Xocalı soyqırımı qurbanlarının qisası alındı" - Anar Nəbiyev
23-02-2023, 10:50
"Tarixi cinayət" - Sevda Həsənova
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
20-10-2020, 16:36
Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ
24-02-2023, 11:38
" Bir gecədə..." - Anar Nəbiyev
26-02-2024, 09:06
Xocalı faciəsi xalqımızın qan yaddaşıdır
26-07-2022, 15:27
Azərbaycanda ən çox girov qoyulan daşınmaz əmlaklar - STATİSTİKA
29-03-2023, 16:20
"Heç vaxt unudulmayan erməni vəhşı cinayətləri" - Polad Ağakişiyev
19-01-2021, 09:19
QAN YADDAŞI...- 20 Yanvar – Xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
8-11-2020, 20:25
İlham Əliyevin xalqa tarixi müraciəti - TAM VERSİYA
21-07-2020, 22:26
Ukraynada sərnişinlərlə dolu avtobusu girov götürmüş cinayətkar tutuldu - YENİLƏNİB + FOTO/VİDEO
17-02-2022, 07:06
Qaradağlı faciəsindən 30 il ÖTÜR
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
7-03-2023, 20:22
"Gəlin təbrik edək biz qadınları !" - Anar Nəbiyev
















