11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Dünya tarixində iz qoyan Şəxsiyyət

   Həyatının mənasını canından artıq sevdiyi xalqına və Dövlətinə xidmətdə görən Ümummilli Liderimiz Heydər Əliyev daim böyük ehtiramla, hörmətlə xatırlanır. Tariximizin nadir şəxsiyyətlərindən olan Ulu Öndərimiz özünün siyasi müdrikliyini, zəngin dövlətçilik təcrübəsini, qətiyyətli iradəsini doğma Azərbaycanımızın hərtərəfli inkişafına həsr etmişdir. Dövlətçilik tariximizin 34 ili Ulu Öndərimizin adı ilə bağlıdır. Xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə, müstəsna tarixi roluna görə Heydər Əliyevi dünya şöhrətli siyasi nəhənglərlə əbəs yerə müqayisə etmirlər. Çünki o, xalqımızın həqiqi Lideri və xilaskarı kimi şərəfli missiyanı böyük əzmlə yerinə yetirmişdir. Bütün ömrünü Azərbaycanın inkişafına, tərəqqisinə həsr edən bu müdrik şəxsiyyət demişdir : “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”. Məhz, Heydər Əliyev coşğun fəaliyyəti nəticəsində Azərbaycanı bütün dünyaya tanıtdı. Dövlətimizin adı dünyanın ən ali məclislərindən, beynəlxalq təkilatların yüksək tribunalarından eşidildi. Ay-ulduzlu üçrəngli bayrağımız dünyanın dörd bir tərəfində dalğalanmağa başladı. Heydər Əliyev özünün müdrikliyi, siyasi uzaqgörənliyi, zəngin idarəetmə təcrübəsi, Liderlik keyfiyyətləri ilə dünya tarixində iz qoyaraq Azərbaycanın simvoluna çevrilmişdir.
         Ulu Öndər xalqımızın suverenlik arzularını tarixi reallığa çevirmiş, böyük qurbanlar bahasına əldə olunmuş müstəqilliyi zamanın çətin sınaqlarından çıxararaq qoruyub saxlamışdır. Həyatın hansı sahəsinə baxsaq müdrik şəxsiyyətin izlərini görürük. Bu dahi insan hamının eyni dərəcədə inandığı bir ideologiyanın müəllifidir. O, bütün vətəndaşların hüquqlarını qoruyan dövlətin əsasını qoydu və yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı. Milyonlarla insanın ümid çırağına çevrilərək ürəklərdə əbədi yurd salmaq heç də bütün rəhbərlərə, Liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev xalqımızın yaddaşında özünə əbədi abidə ucaldıb. Onun parlaq ideyaları hələ uzun illər boyu gələcəyə gedən yollarımızı işıqlandıracaqdır. 
         Dünyanın nadir zəka sahiblərindən olan Ümummilli Liderimiz hamının qəlbinə yol tapmağı bacarır, yaddaşlarda dərin iz qoyurdu. Təkrarsız, heyrətamiz yaddaşa malik Heydər Əliyev əsl rəhbərə xas olan hərtərəfli biliyə malik idi. Geniş və zəngin fəaliyyəti onu milli maraqlar çərçivəsinə sığmayan, bəşəri dəyərlərin əxz olunmasında fəal iştirak edən böyük bir siyasətçiyə, dahi bir şəxsiyyətə çevirmişdi.  
         Ümummilli Liderimiz bizlərə özünün şah əsəri olan Müstəqil Azərbaycan dövlətini, ən layiqli siyasi varisi olan cənab İlham Əliyevi, Ümumxalq Partiyası olan Yeni Azərbaycan Partiyasını ərmağan qoyub. Vətənini sevən hər kəs Dövlətimizin, Yeni Azərbaycan Partiyasının, möhtərəm Prezidentimizin ətrafında daha sıx birləşməlidir. Azərbaycanın sarsılmaz təməli olan Heydər Əliyev yolu ilə gələcəyə doğru daha inamla addımlamalıdır. 
Leyla Allahverdiyeva
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri


Tarix: 10-05-2022, 15:28 Oxunub: 532


Bölməyə aid digər xəbərlər