Hacıqabulun su basmış kəndində son vəziyyət

Xəbər verdiyimiz kimi, son günlər aramsız yağışlar Hacıqabul rayonu Qubalıbaloğlan kəndi ərazisində təhlükəli vəziyyət yaradıb.
 
Kənddəki son vəziyyəti öyrənmək üçün Qubalıbaloğlan kənd bələdiyyəsinin sədri Mircəfər Əsgərov ilə əlaqə saxlanılıb. O bildirib ki, vəziyyət hazırda yaxşıdır.

"Dünən bəndin suları kəsilib, axının qarşısı demək olar tamamilə alınıb. Sel gəlməyə davam edir, amma daha çox fəsad verməsi gözlənilmir. Bundan sonrası üçün lazımi tədbirlər görülüb. 40 metrə qədər bənd çəkildi. İndi isə seldən geri qalan lil təmizlənir. Bütün fəsadlar aradan qaldırılması üçün işlər aparılır".
 
Qeyd edək ki, Qubalıbaloğlan kəndindən keçən hissəsində sel gəlməsi səbəbindən subasmaya məruz qalmış ərazilərdə gün ərzində köməksiz vəziyyətdə qalmış 8-i uşaq olmaqla ümumilikdə 81 nəfər vətəndaş Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.


Tarix: 29-06-2024, 11:26 Oxunub: 3 055


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31