
Dilim varlığımdır, ruhum şad ola,
Bu dünya durduqca, o da var ola!!!!
Rayət Əli.
21 fevral "Beynəlxalq Ana dili günü" münasibəti ilə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığıyla Qazax rayon təhsil sektorunun tabeliyində olan İ.Şıxlı adına Kosalar kənd tam ümumtəhsil orta məktəbində tədbir keçirilmişdir.
Giriş sözü ilə məktəbin direktoru Hüseynov Samir Cəliddin oğlu çıxış edərək tədbiri açıq elan edib, sözü Qazax -Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyevə verdi.
Əziz Məsmalıyev çıxış edərək 21 fevral "Beynəlxalq Ana dili günü" ilə bağlı məlumat verdi və ana dilimiz, onun qorunması ilə bağlı fikirlərini bölüşdü.
Sonra söz Azərbaycan Dövlət Universitetinin Qazax filialının dosenti, professor Valeh Nəsibliyə verildi.
Valeh müəllim ana dimizlə bağlı çıxış edərək dilimizin keçmişi, indisi və gələcəyi ilə bağlı maraqlı fikirlərini çatdırdı.
Sonra söz çıxış üçün şair Cavanşir Rüstəm və şair Rayət Əliyə verildi.
Şairlər ana dilimizlə bağlı öz şeirlərini söylədilər. Çıxışlar və şeirlər tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılandı.
Rayət Əlinin ana dilimiz haqqında olan şerini sizlərə ərməğan edirik:
Anaların laylası sən,
Üzeyirin bəstəsisən,
Sən muğamsan, şikəstəsən,
Sənsiz yoxdur obam, elim,
Ana dilim, şirin dilim.
Çox zənginəm zəif bilmə,
Lazım deyil yad bir kəlmə.
Köç qəlbimə ilmə-ilmə,
Sənsiz yoxdur obam,elim,
Ana dilim, şirin dilim.
Sən oxuyan həzin tarım,
Könül açan sözüm, sazım,
Rayət deyər, xoş avazım,
Sənsiz yoxdur obam, elim,
Ana dilim, şirin dilim.
Bölməyə aid digər xəbərlər
















