Priqojinin öldüyü qəzanın görüntüləri: fakt üzə çıxdı – Foto

     Moskvadan Sankt-Peterburqa uçarkən Tver vilayətində qəzaya uğrayan şəxsi təyyarənin qalıqlarındakı dəliklər biznes-jetin vurulduğu ehtimalını gücləndirib.
     Bu barədə “CaucasianLive” kanalı fotolar paylaşıb.
     Bildirilib ki, bu dəliklərin zenit sistemlərindən açılan atəş nəticəsində yarandığı iddia edilir.
      Qeyd edək ki, Moskvadan Sankt-Peterburqa gedən şəxsi təyyarə Tver vilayətində qəzaya uğrayıb. Təyyarədə olan 3 ekipaj üzvü və 7 sərnişinin hamısının öldüyü bildirilir.
     “Rosaviasiya” Priqojin və onun sağ əli, “Vaqner”in komandirlərindən olan Dmitri Utkinin qəzaya uğrayan təyyarədə olduğunu təsdiqləyib.
Şahidlərin sözlərinə görə, təyyarə qəzaya uğramazdan öncə iki dəfə güclü partlayış səsi eşidilib. Təyyarənin zenit-raket kompleksi ilə vurulduğu da iddia edilir.


Axar.az


Tarix: 24-08-2023, 09:11 Oxunub: 617


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930