11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
"Böyük inamla hədəflərə doğru!" - Polad Ağakişiyev

    Ölkə başçısı cənab İlham Əliyevin apardığı çevik və məqsədyönlü siyasət nəticəsində Azərbaycan bir – birinin ardınca tarixi naliyyətlər qazanır, çoxsaylı uğurlara imza atır. Xalqımızın milli maraqlarına söykənən uzaqgörən, gələcəyə hesablanmış müdrik siyasətin məntiqi nəticəsidir ki, sosial – iqtisadi, siyasi, mədəni, hərbi və digər sahələrdə davamlı və dayanıqlı inkişaf təmin edilmişdir. Məhz bunun nəticəsidir ki, müstəqil Respublikamız qarşıya qoyulan bütün hədəflərə çatmaq üçün inamla, qətiyyətlə irəliləyir. 
    Bu il iyul ayının 15-də keçirilmiş birinci yarımilliyin yekunlarına həsr olunan müşavirədə Möhtərəm Prezidentimiz İlham Əliyev ötən dövrdə görülən işləri müzakirə edərək qarşıda duran taleyüklü məsələlər barədə ətraflı məlumat vermişdir. Keçən müddət ərzində ölkəmizin uğurla inkişaf etdiyini, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələrin vaxtında icra edildiyini diqqətə çatdırmışdır. 
   İşğaldan azad olunan ərazilərimizdə genişmiqyaslı quruculuq işlərinin aparıldığını xüsusi vurğulayan prezidentimiz qeyd etmişdir ki, biz Qarabağı, Zəngəzuru yenidən qururuq və yenidən qurmalıyıq. Quruculuq işləri Azərbaycanın öz hesabına aparılır. 1 il 8 ay ərzində hələ heç yerdən bir dənə də olsun kömək görməmişik. Kimsədən bir manat da olsun yardım almadan şəhərləri, kəndləri qururuq, binalar tikirik. Heç kimin şübhəsi olmasın ki, bununla paralel olaraq, sosial məsələləri həll edirik və edəcəyik. Bunu özümüzə mənəvi borc bilirik və bizim sosial siyasətimiz hər zaman belə olub. Son müddət ərzində ölkə vətəndaşlarının əməkhaqlarının artırılmasına diqqət çəkən dövlət rəhbəri bildirdi ki, Azərbaycanda orta əməkhaqqı təxminən 14 faiz, pensiya 10 faizdən çox artıb. Bütün bu artımların mənbəyi dövlət büdcəsidir. O büdcə ki, o büdcədən biz ordumuzu gücləndiririk və gücləndirəcəyik. O büdcə ki, sosial məsələləri həll edirik, Qarabağı yenidən qururuq və bütün başqa ehtiyaclarımızı ödəyirik. Bunu hamı bilməlidir və unutmamamlıdır.
   Görülən bütün işlərin əsasında iqtisadiyyatın dayandığını qeyd edən cənab İlham Əliyev demişdir: “Əlbəttə ki, bütün bu işlərin görülməsi üçün iqtisadiyyat əsasdır. İqtisadi müstəqillik əldə edilmişdir və biz məhz buna görə siyasi müstəqillik əldə etmişik, beynəlxalq müstəvidə müstəqillik əldə etmişik. Heç kim bizim iradəmizə təsir edə bilməz, heç kim bizə heç nəyi diktə edə bilməz, heç kimdən asılı deyilik və əminəm ki, heç vaxt heç kimdən asılı olmayacağıq. Asılı olsaydıq, Qarabağ bu günə qədər işğal altında idi. Ona görə iqtisadi müstəqillik əsas amillərdən biridir və burada da böyük nailiyyətlər var.”
  Prezidentimiz müşavirədə vurğulamışdır ki, dövlət büdcəsi təkcə neftin qiymətinin artırılması nəticəsində böyüməmişdir.  Dürüstləşdirmə, eyni zamanda  aparılan islahatlar nəticəsində mümkün olmuşdur. Hər kəs bilməlidir ki, dünyada neftin qiymədi qalxsa da, dünyanın kapital bazarları çöküb, ancaq biz öz işimizlə islahatlarla elə işləyirik ki, heç kim bunu hiss etmir, iqtisadi sahədə aparılan islahatlar, şəffaflıq, dürüstlük, hesabatlılıq imkan verdi ki, 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığılsın. İqtisadi artıma toxunan prezidentimiz bildirib ki, iqtisadi artım və qeyri – neft iqtisadiyyatının artımı istiqamətləri üzrə yaxşı nəticələr qazanılıb. İqtisadiyyatımız 6,2 faiz qeyri – neft iqtisadiyyatı 9,6 faiz, sənayə sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri – neft sənaye sahəsində 11,5 faiz artıb. Bu nəticələr maaşları və pensiyaları artırmağa imkan verir.           
   İqtisadi sahədə 6 ay ərzində görülmüş işlər onu deməyə əsas verir ki, ilin sonuna qədər nəzərdə tutulmuş bütün planlar reallaşdırılacaqdır. 
   Cənab İlham Əliyev müşavirədə bildirmişdir ki, Qarabağ və Şərqi Zəngəzurla bağlı işlərlə yanaşı, ərzaq təhlükəsizliyi məsələləri də vacib məsələlərdəndir. Bu il bu problemlə nəinki biz, artıq bütün dünya üzləşib. Dünyada taxıl qıtlığı ilə bağlı geniş məlumat yayılır. Təəsüflər olsun ki, Azərbaycan da taxılın idxalından böyük dərəcədə aslı olan ölkədir. Bu asılılığı aradan qaldırmaq üçün proqram hazırlanıb. Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində vaxt itirmədən taxıl istehsalını artırmalıyıq və artıracağıq. Bu il heç vaxt istifadə olunmayan 100 min hektarda taxıl, yəni buğda, arpa, dənli bitkilər əkiləcəkdir. Bu da ölkəmizin ərzaq təhlükəsizliyini gücləndirəcəkdir.
   Möhtərəm prezidentimizin müşavirədəki çıxışı onu deməyə əsas verdi ki, Azərbaycanda nəhəng işlər görülür, uğurlu islahatlar həyata keçirilir. Bütün sahələrdə qazanılan uğurlar onu deməyə əsas verir ki, qarşıda duran bütün vəzifələr vaxtında və keyfiyyətlə icra olunacaqdır. 

Polad Ağakişiyev
YAP Qazax rayon təşkilatının əməkdaşı


Tarix: 19-07-2022, 12:27 Oxunub: 402


Bölməyə aid digər xəbərlər