Britaniyanın “Mirror” və “Daily Star” qəzetləri “kəşfiyyat məlumatlarına” istinad edərək, Putinin “öldüyünü”, lakin bu faktın onun yaxın ətrafı tərəfindən gizlədiləcəyini iddia edir.
İngiltərə qəzetləri sensasion və inanılmaz məlumat yayıblar.
Qəzetlər yazırlar ki, xalqı və dünyanı bu ölüm faktına hazırlamaq üçün Putinin qan xərçəngi olması ilə bağlı şayiələri gqclq şəkildə yayırlar. Bundan sonra, uyğun zamanda V.Putinin ölümünü elan edəcəklər.
Putinin xərçəng xəstəsi olması ilə bağlı şayiələrin əsas qaynağı əvvəllər Kreml və Rusiya siyasətini dəstəkləyən amerikalı rejissor Oliver Stoundur.
Musavat.com -a görə bu yazılar informasiya müharibəsinin elementləridir və böyük ehtimalla, düzgün deyil. Görünür, Kollektiv Qərb bu yolla Rusiya ictimaiyyətində, xüsusi ilə də orduda təbəddülatlar yaratmağı hədəfləyib.
Əslində isə indiki anda Putinin gerçəkdən ölməsi Rusiyanın müharibədən abırlı çıxışı və xilası olardı…
Musavat.com
Bölməyə aid digər xəbərlər