21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
Suriyada qırğınlarda iştirak edən çeçen silahlıları Donetskdə MƏHV EDİLDİ - FOTO

Suriyada qırğınlarda iştirak edən çeçen silahlıları Donetsk vilayətində məhv edilib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri Komandanlığı məlumat yayıb. Donetsk vilayətində Suriyanın dinc əhalisinə qarşı qırğınlarda iştirak edən çeçen silahlı bölməsi məhv edilib.
Qeyd olunur ki, cənub hərbi dairəsi ordusunun 42-ci motoatıcı diviziyasının, motoatıcı alayının 1-ci tabor taktiki qrupunun əsgərləri məhv edilib. Eyni zamanda bildirilir ki, bu bölmənin yerləşdiyi yer Şali şəhəridir (Çeçen İçkeriya Respublikası).
“Onların parçalanmış cəsədlərinin qalıqları Ukrayna Müdafiə Qüvvələrinin əsgərlərinin Donetsk vilayətinin bir sıra yaşayış məntəqələrinə hücumu zamanı məhv etdikləri batalyon-taktiki qrupun yalnız bir hissəsidir”, – deyə döyüş meydanından fotonun yer aldığı yazıda bildirilir.Həmçinin qeyd edilir ki, BTQ komandiri qərargah rəisi ilə birlikdə ona məxsus BMP-3-ün atəşə tutulması zamanı məhv edilib.

“Həmin avtomobildə olanlardan yalnız çavuş Maqomedov sağ qalıb. Əsgərlərimiz onu yanmış, az qala ölmüş vəziyyətdə tapıblar”, – xəbərdə deyilir.
Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri Komandanlığı qeyd edir ki, məhv edilmiş bölmədə Suriyanın mülki əhalisinə qarşı kütləvi qırğınların çoxlu iştirakçıları var.“Məlum olub ki, müdafiəsiz insanlarla döyüş təcrübəsi əsgərlərimizlə görüş zamanı ruslara kömək etməyib. Sağlam işğalçıların ölülərə çevrilməsi Ukrayna Müdafiə Qüvvələrinin əsgərlərinin aydın qarşılıqlı fəaliyyəti sayəsində mümkün olub”, – deyə məlumatda bildirilir.

Xuraman Etibarlı


Tarix: 11-04-2022, 11:23 Oxunub: 357


Bölməyə aid digər xəbərlər
11-12-2020, 12:44 Qazilərimiz unudulmur!