11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Qazilərimiz unudulmur!

Qazi mayor Əliyev Xəyyam Şadət oğlunun həyat salnaməsi.
  Əliyev Xəyyam Şadət oğlu  1981-ci ildə Qazax rayonunda hərbçi  ailəsində anadan olub.Elə hərbiyə olan həvəsi də ona  atasından, onun hərbiyə həsr etdiyi həyatından yaranıb. Bu həvəs Xəyyamı   2000-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Litseyə apardı.
2004-cü ildə Hərbi Litseyi müvəffəqiyyətlə başa vuran leytenant Xəyyam Əliyev hərbi qulluğunu davam etdirmək üçün Beyləqanda yerləşən N-saylı hərbi hissəyə  təyinat aldı. Tağım komandiri və TB-də müavin vəzifəsində xidmət etməyə başladı. 
2011-ci ilə qədər həmin hərbi hissədə  erməni qəsbkarları ilə üzbəüz  qulluğunu davam etdirən Xəyyam Əliyev 
2011-ci ildən 2018-ci ilə qədər  Ağdam rayonunda N saylı hərbi hissədə  Qərərgah rəisi, Tabor komandiri kimi xidmətini şərəflə davam etdirdi.  Mayor Xəyyam Əliyev torpaqlarımızın  qorunmasında fədakarlıq göstərmiş, bütün hərbi  heyyətin   dərin hörmətini qazanmışdır.
2018-ci ildə ehtiyac olduğuna görə mayor Xəyyam Əliyev yenidən Beyləqana  tabor komandiri vəzifəsinə təyin olundu. 
2020-çi il sentyabrın 27-də Vətən Müharibəsi başlayanda öz taborunu döyüş vəziyyətinə gətirərək düşmən üzərinə hücum əmri alan  Xəyyam Əliyev öz qəhrəman əsgərləri  ilə Füzuli və Cəbrayıl istiqamətində düşmənin alınmaz saydıqları birinci səddini uğurla yararaq düşmənləri darmadağın etdilər. Yenidən hücum əmri alan Tabor düşmənin ikinci səddini də  yararaq möhkəmlənmə işləri aparmağa nail oldu. Növbəti dəfə  hücuma keçən Tabor bu dəfə düşmən hədəfinə tuş gəldi. Mayor Əliyev digər  hərbçi yoldaşları ilə birlikdə top mərmisindən ağır yaralandılar. 5  saat torpaq altında, 5 sutka komada olan mayor Xəyyam Əliyev digər Şəhid olan yoldaşları ilə birlikdə   Müdafiyə Nazirliyində  Şəhid kimi qeydiyyata alınır. Amma sonradan  onda həyat əlamətlərinin olduğunu hiss edərək   onu dərhal Bakıya Hərbi Qospitala göndərirlər. Qəhrəman həkimlərimizin səyi nəticəsində gözlərindən və başından əməliyyat olunaraq həyata dönə bilir. Biz bütün qazilərimizə və fədəkar həkimlərimizə can sağlığı arzu edirik, xüsusən də Gültəkin doktor və onun həkim yoldaşlarının fədakar  əməyi danılmazdır.





Tarix: 11-12-2020, 12:44 Oxunub: 1 010


Bölməyə aid digər xəbərlər