16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Meymunçiçəyi kimlər üçün təhlükəli deyil? - AÇIQLAMA


“1980-ci ildən əvvəl doğulmuş bütün insanlar üçün meymunçiçəyi virusu təhlükəli deyil”.
Bu sözləri gürcüstanlı mütəxəssis, İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru İvane Çxaidze bildirib.
“Əminliklə deyə bilərik ki, 1980-ci ildən əvvəl doğulmuş şəxslər meymunçiçəyi xəstəliyindən qorunur. Onlar bu virusa qarşı suçiçəyi peyvəndi ilə peyvənd olunublar”, - deyə o press-konfransda açıqlayıb.
O, qeyd edib ki, Gürcüstanda hələ də meymunçiçəyi xəstəliyi aşkar edilməyib. Yaxın vaxtlarda Gürcüstanda meymunçiçəyi üçün testlər tətbiq ediləcək:
“Son iki həftə ərzində vurğulanan iki problem - uşaqlar arasında mənşəyi naməlum hepatit C və yeniyetmələr arasında meymunçiçəyinin yayılması mütləq müvafiq laboratoriya təsdiqini tələb edir”.
Mütəxəssislər bu xəstəlikdən xüsusilə təsirlənə biləcək insanlar kateqoriyasını ayırırlar - bunlar hamilə qadınlar, xərçəng xəstələri, həmçinin 8 yaşdan kiçik uşaqlardır.

Sputnik Gürcüstan


Tarix: 3-06-2022, 07:48 Oxunub: 290


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031