11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Dr. Rəşad Məmmədxəlilovla müsahibə

Müsahibim New Med Klinikasının baş həkimi, həkim-terapevt Rəşad Məmmədxəlilovdur. Həkimlə Hepatit xəstəliyi haqqında danışacayıq. Həmin müsahibəni oxucu kütləsinə çatdırırıq.

Hepatit hansı orqanı zədələyir? -Qaraciyər. “hepatitis” sözü qaraciyərin iltihabı deməkdir. Qaraciyərin zədələnməsi onun funksiyasının pozulmasına gətirib çıxarır. Qaraciyər isə bir-çox vacib funksiyalar yerinə yetirir, məsələn qidaların həzmi, enerji depolanması, qanın toksinlərdən təmizlənməsi, öd sintezi və s. Hepatitlərin bəzi formaları yüngül keçsə də, bəzi formaları çox ciddi problemlərə səbəb ola bilir. Bunlara sirroz və qaraciyər xərçəngi aiddir.

Hepatit A, B və C-ni nə törədir?

- Viruslar. Qeyd olunan hepatitlərin hər biri müxtəlif viruslar tərəfindən törədilir. Ona görə də virus hepatitləri adlanır. Qaraciyərin piylənməsi, çoxlu dərman, alkoqol istifadəsi də hepatitə yol aça bilər.

      Ən çox yayılmış hepatit hansıdır?
- Hepatit C.  Hepatit C-yə yoluxma  digər 2 növ hepatitin cəmindən çoxdur. Bütün dünyada 71 milyon insan xroniki Hepatit C-dən əziyyət çəkir. Hər il 400.000 insan Hepatit C və onunla bağlı ağırlaşmalardan tələf olur.

       Özünü sağlam hiss etdikdə belə hepatitə görə yoxlanmaq lazımdır?
-Bəli! Bəzi insanlar uzun müddət hepatitə yoluxduqlarından xəbərsiz olurlar, çünki ciddi patologiya yaranana qədər hepatit heç bir əlamətlə özünü göstərmir.  İllik planlı müayinə zamanı xüsusən yoluxma yüksək olan zonalarda hepatit testləri yoxlanmalıdır.

  -Hansı hepatit öz-özünə sağalır?
- Hepatit A. Hepatit A-ya yoluxma zamanı bir-neçə həftəyə pasiyent sağalır və qaraciyərin işi normallaşır. Hepatit B və C isə xroniki formaya keçməyə meyllidir. Bu o deməkdir ki, infeksiya illərlə orqanizmdə qalaraq qaraciyəri tədricən zədələyir.

     Hansı hepatit  daha çox cinsi əlaqə zamanı yoluxur?
-Hepatit B. Hepatit B bütün bəədn mayelərində və qanda  rast gəlinir, ona görə də asanlıqla cinsi əlaqə vasitəsilə yoluxur.  Hepatit C əsas  qandan yoluxur. Nadir hallarda cinsi əlaqə ilə partnora keçə bilər.

Həkim, bizə vaxt ayırdığınız üçün təşəkkür edirəm.
Buyurun, həmişə sağlam qalın.


Tarix: 11-10-2020, 23:00 Oxunub: 539


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı