16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Bakıda piyadanı maşınla vurub qaçdılar

   Bakıda piyadaları avtomobillə vuraraq öldürən sürücülər hadisə yerindən qaçıb.
Hər iki hadisə aprelin 2-nə keçən gecə qeydə alınıb.
Saat 23:30 radələrində naməlum sürücü idarə etdiyi dövlət qeydiyyat nömrəsi bəlli olmayan “Reno” markalı avtomobillə Bakıxanov qəsəbəsi ərazisində hərəkətdə olarkən piyada, 1959-cu il təvəllüdlü Məlikova Simuzər Nurməmməd qızını vuraraq hadisə yerindən qaçıb. Piyada S.Məlikova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin 1997-ci il təvəllüdlü Əhmədov İsmət Habil oğlu olduğu müəyyən edilib.
Digər hadisə isə saat 22:30 radələrində Sabunçu qəsəbəsində baş verib. Naməlum sürücü idarə etdiyi avtomobillə 1956-cı il təvəllüdlü İsmayılov Elyaz Həsən oğlunu vuraraq hadisə yerindən qaçıb. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə cinayət işi başlanılıb.


Tarix: 3-04-2023, 09:51 Oxunub: 500


Bölməyə aid digər xəbərlər


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031