11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Vətəndaşa məxsus ev yanıb... - Tovuzda

Gündüz saatlarında Tovuzda yanğın faktı qeydə alınıb.
 Hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb. Kənd sakini Tovuz rayon Mərkəzi xəstəxanasının baş həkimi Paşa Muradova məxsus evin 240 kv ərazisində güclü alov başlayıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğına anında müdaxilə edilib və nəticədə yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb. Bundan əlavə  tikilinin içərisində olan idman qurğuları və müxtəlif təyinatlı əşyalar tamamıilə yanaraq kül olub. Ev sahibinə məxsus "Range Rover" markalı avtomaşın da tikilidən çıxarılaraq təhlükəsiz əraziyə təxliyyə edilib. Alovun söndürülməsi zamanı FHN-in əməkdaşlarından bir nəfəri  tüstüdən yüngül zəhərlənib. Ona tibbi yardım göstərilib. Hazırda vəziyyəti qənaitbəxşdi. Hadisənin tikilidə olan elektrik paylayıcısından  qısaqapanma nəticəsində baş verdiyi ehtimal edilir. Qeyd edək ki 1 gün əvvəl yangın olan ünvanda kiçik toy məclisi təşkil olunub.


Elnur Quliyev, ATİA.AZ


Tarix: 28-06-2022, 17:03 Oxunub: 636


Bölməyə aid digər xəbərlər