Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs qəza törətdi - Ölən və yaralananlar var

 Baş Dövlət Yol Polisi İdarəsi nin (BDYPİ) məlumatına görə   sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs qəza törədib.

Bildirilib ki, Qəbələ rayon sakini Elvin Qasımovun törətdiyi qəzada sərnişinlərindən biri hadisə yerində həyatını itirib, özü və daha bir sərnişini isə xəstəxanaya yerləşdirilib.

BDYPİ avtomobilin sürücülük hüququ olmadan idarə edilməsi, yaxud nəqliyyat vasitəsini onu idarəetmə hüququ olmayan şəxslərə verilməsi kimi kobud qayda pozuntularının ağır faciələrə səbəb olduğunu bir daha xatırladır və sürücü intizamına bilavasitə təsir göstərən belə hallara qarşı hər kəsi birgə mübarizəyə çağırır:

"Cari ilin 9 ayı ərzində avtomobili hüquqsuz idarə edən şəxslər tərəfindən 99 yol-nəqliyyat hadisəsi törədilib ki, nəticədə 60 nəfər həlak olub, 73 nəfər yaralanıb".


Tarix: 9-10-2025, 10:16 Oxunub: 950


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930