16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
ZƏİF GÖZLƏRLƏ AYDIN HƏQİQƏTLƏR: MƏTBUATA ONUN TƏQDİMATINDAN BAXSAQ...

    O vaxtlar jurnalistika alçaq, ucuz bir peşə sayılırdı. Cozef Kaliforniya universitetinin rektorunun doqmatik fikirlərini dəyişdirmək üçün 2 mln.dollar ianə etmiş, beləcə, jurnalistikanın ciddi bir sahə olduğunu təsdiqlətməklə yanaşı, univ.də fakültə açmağa nail olmuşdu.

Gözü çox zəif idi. Həmişə eynək taxdı...

Cozef bu yerlərə asan gəlmədi. Günlərlə qaranlıq, havasız soyuq zirzəmilərdə yatdı, üç dəfə hərbidən yox cavabı almasına rəğmən, yenə müraciətlər etdi, tale onu müharibənin içinə atdı və döndüyündə həyatını mütaliəyə verdi... Əlinə nə keçdi, oxudu. Bir ara şahmata vurulmuşdu. Sonra kiçik məqalələr və bir gün bir tədbirdə onu uzaqdan izləyən  bir məşhur açıq şəkildə dəvət etdi:

-Mənimlə işlə.

Və gənc Cozef üçün uzun, məsuliyyətli, idarə tələb edən yeni dövr başladı...

Bir dəfə biri ona yalan yazdığını söyləmişdi. Cozef silahını çıxarıb onu vurmuşdu. Cəza almışdı, amma insanlar onun tərəfini tutmuş, haqlı görmüşdü....


Min bir əziyyətlə, cavan ömrü kitabxanalarda sürdürməklə tarixə adını yazdırmış bu adama nədənsə sarı mətbuat deyirlər. Amma bu, ədalətsizlikdir, çünki devizi dəqiqlik, qərəzsizlik, sadə vətəndaşlar, öncəliyi yalnız xalqı və xalq üçün yazmaq olan bu adam sarı mətbuat deyil də, elə mətbuatın məhz özüdür. 

 Cozef, son nəfəsini mütaliə ilə verən bir mətbuat fədaisidir. Onun gözü elə əvvəldən zəif idi, bu, onun çox yerdə qarşısına əngəl yaratmışdı; amma onun mirası insanların gözünü açdı...

Cozefin bitmək bilməyən zəhmətləri sayəsində məşhurlaşan Pulitzer soyadı sonralar digər sahələrdə boy göstərməyə başlamışdı: belə ki, jurnalistikadan çox fərqli yerlərdə, məsələn, moda, incəsənət kimi sahələrdə bu adı bir tərz olaraq görə bilirik. 

Həyat ona həmişə sərt oldu, hətta varlandıqdan sonra da. Məmurlara söz keçirən inadkar adam 17 yaşlı böyük qızını, sonra sonbeşiyini ölümün pəncəsindən almaqda aciz qaldı: qızların biri bir xəstəlikdən, kiçiyi isə tif xəstəliyindən vəfat etdi. 

Kasıb, ac, çarəsiz insanların arasında illər keçirmişdi və o, bu illər ərzində insanları anlamağı öyrənmiş və bir şeyi qarşısına məqsəd qoymuşdu: bu əllər yalnız həqiqətləri yazacaq! 

Sonra rəqabəti savaşa çevirən və "hədəfim Pulitzerdir!"  deyən nəhəng və soyuqqanlı bir rəqib peyda olmuşdu. Güzəşt yox idi, anlayış da yox idi. Onu məğlub etməyi məqsəd qoyan Vilyam R. Hörst təkcə yarışa gəlməmiş, həmçinin yalan, pafoslu informasiyalar yayır, yazıya az, fotoşəkillərə çox yer verir, bununla da kifayətlənməyib daha irəli gedərək Cozefin SARI UŞAĞInı kopyalamışdı. İndi iki sarı uşaq rəqabətdə idi və tale kimə təbəssüm edəcəkdi - bu, çox sonra bilindi...

Artıq rəqabət bitmişdi. Artıq dava yox idi. 


Yorğun atanı bir sual məşğul edirdi: əmanəti yaşatmaq. O, min bir əziyyətlə ərsəyə gətirdiyi ata mirasının öz sağlığında olduğu kimi davam etməsi üçün vəsiyyət yazdı... Üç övladdan yalnız böyüyü 40 il vicdanla rəhbərlik etməyi bacardı, digərləri isə leqal şəkildə boyun qaçırıb miras payını satdılar. Bəhanə də bu oldu: "ya satacağıq, ya batacağıq, məcburuq"... Çünki artıq radio çıxmışdı, yeni xəbərləri qəzetlərdən  yox, bir düyməni basmaqla əldə etmək olurdu...

Beləliklə, dürüstcə yaradılan, bir əsrdən çox liderliyi saxlayan nəhəng şirkətdən qalan yeganə dürüstlük Cozefin adına olan mükafat oldu. Onun təsis etdiyi bu mükafat jurnalistika, incəsənət və d.sahələrdə işini vicdanla yerinə yetirənlərə verilir. 

Allah sənə rəhmət eləsin, dəyərli adam, New York World'un yaradıcısı Cozef Pulitzer...









Aygün Sadiq


Tarix: 9-11-2025, 07:51 Oxunub: 674


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031