16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
3 Avqust tarixində də Milli Mətbuat Günü qeyd edildi.

3 avqust 2025-ci ildə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində "Səsdən könüllərə" layihəsinin və Gənclərin Karyera və İnkişaf Mərkəzinin Abşeron-Xızı regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə Milli Mətbuatımızın 150 illiyi ilə bağlı tədbir keçirildi.


Tədbirin spikeri Azərbaycan yazıçısı, publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Beynəlxalq Radiosunun proqramlar şöbəsinin rəisi, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, media üzrə ekspert, “İlin qadın yazıçısı “, prezident təqaüdçüsü Natəvan Dəmirçioğlunu  “Mətbuat : İlkin xəbərləmədən süni zəkaya “ mövzusunda  çıxış etdi. Ənənəvi jurnalistikadan müasir mediaya qədər olan yolu xranaloji ardıcıllıqla təhlil edən natiq 150 illik mətbuat tariximizə ayna tutdu. Süni zəkanın mediaya təsiri və insanlığın yeni texnoloji -innovasiyalar əsrində movqeyindən soz açdı.Yazılı, elektron, online medianın spesifik xüsusiyyətlərini izahlayan çıxışını mediamızın müasir uğurlarını qeyd etməklə tamamladı. 44 günlük Vətən Müharibəsində dünya mediasına verdiyi müsahibələrlə adı mətbuat tariximizə də yazılan Ali Baş Komandan cənab İlham Əliyevin xidmətlərini qeyd etdi, Milli Mətbuatımızın 150 illik yubileyi ilə əlaqədar həmkarlarını təltif etdiyinə görə Azərbaycan prezidentinə təşəkkürünü bildirdi. 


Tədbirdə qonaq qismində iştirak edən Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar Jurnalist, Media eksperti Müşviq Ələsgərli informasiya təhlükəsizliyi, online jurnalistika və sosial mediadan səmərəli istifadə haqqında düşüncələrini auditoriya ilə bölüşdü. 


“Landau “ Nəşriyyat Evinin direktoru, təhsil tədqiqatçısı Orxan Bəyovun “Sözün gücü və uşaqlar: Gələcəyin oxucusu necə formalaşır “ mövzusunda çıxışı xüsusilə gənc dinləyicilər üçün nəzərdə tutulmuşdu. 


Mətbuatın təhsildə olan önəmini vurğulayan Sumqayıt Dövlət Universiteti, Dil və Ədəbiyyat kafedrasının baş müəllimi, Tədris Metodiki Mərkəzin aparıcı mütəxəssisi  Aynurə Bağırova da səhnədən gənclərə üz tutaraq, fikirlərini səsləndirdi. 


Gənc istedadlıların da fikirləri dinlənildi. İkili Diplom Proqramının qalibi Anar Rzayev düşüncələrini bölüşdü. "ÜTÜ" Qrup MMC-nin rəhbəri, ünsiyyət bacarıqları üzrə təlimçi  Zaur Cahangirov "Sözün ruhuna yolçuluq" mövzusunda çıxış etdi. 


Jurnalistika həm də bayramları, həftəsonları, gecəsi-gündüzü olmayan bir işdir. Məhz bu hal ekstremal xəbərlərin hazırlanması situasiyasını qaçınılmaz edir. Bu baxımdan “Ekstremal vəziyyətlərdə xəbərin hazırlanması və ötürülməsi” mövzusunda Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin dosenti İlahə Vəliyeva dinləyicilərə xitabən motivasiya dolu çıxış etdi. 


Tədbirdə “Müəllimlərin Tərəqqi Platforması”nın rəhbəri Günel Mirzəyevanın çıxışı da maraqla qarşılandı. 


Tədbirdə Natəvan Dəmirçioğlunun "Açar"romanı təqdim edildi. Romandakı jurnalist obrazından da söz açıldı. Şəhid ailəsinə gələn müxbir, şəhidin bəy otağının qapısını qoynunda gəzdirdiyi açarla açan ananın işarəsi ilə otağa keçir. Jurnalist şəhid anası Yaqutun dediklərindən sarsılsa da ona təskinlik  verməyə çalışır, "mən bir şəhid haqqında yazmağa getmişdim. Onun tabutun içində təkcə sağ qolu gəlmişdi" deyir. Təqdimatda bildirildi ki, bizim media işçiləri belə situasiyalarla çox qarşılaşdılar, belə acıları çox yaşadılar. Tədbirdə həmçinin Zaur Cahangirovun natiqlik sənəti ilə bağlı kitabı təqdim olundu. 


Sumqayıtlı gənc bəstəkar-ifaçı Vüsal Əsgərov öz musiqisi ilə tədbirə rəng qatdı. 


Tədbirin aparıcısı Murad Hümbətov, "Səsdən könüllərə" layihəsinin qurucusu və rəhbəri Əsmər Ramizqızı sonda iştirakçılara təşəkkürlərini bildirdilər və layihəyə dəstək göstərən könüllülər, spikerlər, ziyalı qonaqlar və aparıcı təşəkkürnamə ilə təltif olundu.



Tarix: 4-08-2025, 22:04 Oxunub: 570


Bölməyə aid digər xəbərlər


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031