11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” VƏTƏNDAŞI İNTİHAR HƏDDİNƏ ÇATDIRIB... -Qazaxda..

ATİA.AZ-ın redaksiyasına Qazax rayonu Ağköynək kənd sakini Əhməd Rafis Əhməd oğlu tərəfindən şikayət ünvanlanıb.  Şikayətdə vətəndaş   "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”-nın Qazax Su Kanalizasiya layihəsi  nəzdində iki ildir fəhlə işlədiyini bildirir. 2021-ci ilin əvvəlindən məcburi olaraq “əmək müqaviləsi”nin xidməti müqavilə ilə əvəz olunduğunu deyən vətəndaş mütamadi olaraq əmək haqlarının gecikdirldiyini bildirir. Əhməd Rafis Əhməd oğlunun şikayətində bildirilir: “Son 4 ayda  ümumiyyətlə gördüyümüz işin müqabilində heç bir zəhmət haqqı almamışıq. Şirkətin direktoru Vüqar Süleymanova, layihə rəhbəri Sədi Namazova dəfələrlə müraciət etməyimizə baxmayaraq heç bir xeyri olmamışdır. Hətta ailəmdə iki körpə uşağın olmasını, onlardan birinin səhhətində ciddi problemlər olduğunu və müalicəyə ehtiyacı olduğunu desəm də onların kobudcasına verdiyi cavab belə olur ki, gedin kimə istəyirsiniz şikayət edin, bizim ürəyimiz nə vaxt istəsə onda pul verəcəyik, bizdə öz qanunlarımız hökm sürür, heç kimdən də qorxmuruq”. 

 Vətəndaşın dediyinə görə Qazax RİH-nin başçısı Rəcəb Babaşov da dəfələrlə fəhlələrin haqqını müdafiə edərək şirkət rəhbərliyinə müraciət edib. Lakin bu şirkət nə vətəndaşı, nə yerli İcra Qurumlarını saymır. Görünür bu şirkətə yalnız Cənab Prezidentin “DƏMİR YUMRUĞU” lazımdır, inanırıq ki, tezliklə o da olacaq.
Vətəndaş müraciətində körpə uşağını müalicəyə apara bilmədiyindən, evin ən adi xırda tələbatlarını ödəyə bilmədiyindən stress keçirdiyini və bir neçə dəfə intihara cəhd etdiyini də qeyd edir.
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın rəhbərliyi görəsən kimə vəya nəyə arxayındır ki, belə at oynadaraq Dövlətlə Xalq arasında uçurum yaradırlar?


QARŞI TƏRƏFİN MÖVQEYİNİ DƏRC ETMƏYƏ HAZIRIQ.


Tarix: 7-03-2021, 14:39 Oxunub: 934


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı