11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
QAZAXDA SU KANALİZASİYA SİSTEMLƏRİNİN YENİLƏNMƏSİ ÜÇÜN AYRILAN 57 MİLYON MANAT NECƏ MƏNİMSƏNİLİB ...

ÖLKƏ PREZİDENTİ REGİONLARIN İNKİŞAFI  ÇƏRÇİVƏSİNDƏ  QAZAX RAYONUNDA  SU KANALİZASİYA   SİSTEMLƏRİNİN YENİLƏNMƏSİ ÜÇÜN  57 (ƏLLİ YEDDİ) MİLYON MANAT PUL AYIRIB,  BƏS BU PULLAR  NECƏ MƏNİMSƏNİLİB?   

 Sifarişçisi:  "Azərsu” ASC
 Podratçı:  "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”
 Məsləhətçi şirkət:  "Gentek Consult"
Söhbət  regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə, o cümlədən Qazaxda əhalinin içməli su təchizatı və kanalizasiya layihələrinin icrasından gedir. 

* Dəqiq desək,  iki  ildən çoxdur ki, Qazax şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi həyata keçirilir. 
* Azərbaycan hökuməti və İslam İnkişaf Bankının maliyyə dəstəyi ilə görülən iş qeyri peşakarlıqla aparılır.
* Akkord şirkəti tərəfindən işin keyfiyətinə  nəzarət edilmir. 
* Kipləşdirmə və bərkidilmə  işləri  düzgün aparılmır. 
* Təmiz su xətti   çəkilən (kapron) boru üzərinə  böyük ölçülü  çay daşları tökülür.
* Narın qum və dəmyə xırından istifadə edilmir.  
 

Bəs cavabdeh şəxslər  niyə  bu qanunsuzluğa göz yumur və nəyin qarşılığında? 

Üç  aydır  işçilərin əmək haqları  verilmir, dəfələrlə şikayət edilsə də işçilərin   gecikdirilən əmək haqqları  rəhbərlik tərəfindən  ödənilmir. 

Asvalt döşənmiş yollar  mütamadi olaraq,  davamlı şəkildə çökür.

İşçilər  səkkiz saatlıq ağır iş rejimdən artıq işləməyə məcbur edilir.

  Prezident İlham Əliyev   dəfələrlə   işçini səkkiz saatdan artıq işləməyə məcbur edənlərə xəbərdarlıq etməyinə baxmayaraq  "Akkord" şirkəti buna əməl etmir.

Əlli yeddi milyon manat  hara  və necə  xərclənib?

Nəyə görə  yollar  üstündən üç ay keçməmiş çökür? 

Əsas çökmənin müşahidə olunan ərazilər: Səməd vurğun küçəsi, mərkəzi bazarın arxası, Avtovağzala çamamış əlli metr  məsafədə. (Yeni körpü), Mehdi Hüseyn küçəsi  və s.

Bütün bunlar Cənab Prezidentin apardığı  islahatlara  açıq aşkar kölgə  salmaqla yanaşı,  onun əmrlərinə itaətsizlik və hörmətsizlikdir. 

Bu  Prezidentin göstərdiyi  etimaddan  sui  istifadə edib büdcənin pullarını mənimsəməkdir...

 Orxan Səfərli, ATİA.AZ


Tarix: 4-03-2021, 21:59 Oxunub: 1 149


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?