11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
QORBAÇOV ERMƏNİLƏRDƏN NİYƏ ÜZ ÇEVİRDİ?

1988 -ci il 10 dekabr ABŞ -da səfərdə olan M. Qorbaçov Ermənistanda zəlzələ olması barədə xəbəri alan kimi birbaşa Leninakan (Gümrü) hava alanına uçur.

Bu görüntülər "Vremya" proqtqında da ətraflı şərh edildi. Məhz bu hadısədən sonra Qorbaçov Qarabağ məsələsində ermənilər tərəfindən aldadıldığını anladı. Bundan sonra Qorbaçov hətta ermənilərə bütün yardımların ediləcəyini vəd etməsinə baxmayaraq, özü də ermənilər tərəfindən "arzuolunmaz" şəxs kimi elan olundu.

Kim deyər, bu görüşdə hansı 2 əsas hadisə baş verdi ki, Qorbaçov ermənilərə qarşı inamını itirdi?

Bəli, davam edək. Fikir söyləyənlərin hər birinə təşəkkür edirəm. Həqiqətən də İstər təyyarələrin vurulması, istər üzük məsələsi və istərsə də başqa söylənilən fikirlərin buna təsiri var idi.Ən başlıca məsələlər isə Qorbaçova Qoca erməninin yazıq-yazıq verdiyi sual və sonra da onun sualına ermənilərin xorla verdikləri cavab oldu. Yəni, qoca erməni ona yaxınlaşıb lkobun rusca soruşanda ki, "TAVARİŞ QARBAÇOV, A KOQDA KARABAX BUDİT NAŞİM?"

O, hirslənərək cavab verdi: " Da perestante vı kontsa-kontsov! Lyudi zdes poqibaet, a vı eşyo KARABAX, KARABAX!"

Başqa bir səbəb isə o oldu ki, Qorbaçov soruşdu: "A skolko çelovek poqib? Kənardan ermənilər qışqırdılar: "Tovariş Qorbaçov, 75 000 çelovek poqibli!"

Sonra isə dediklərini təsdiqləmək üçün əllərindəki rusca "AVANQARD" və "KOMSOMOLETS" qəzetlərini yelləyərək: "Vot QAZETI TOJE TAK PİŞUT Tovoriş Qorbaçov!!!" Qorbaçov onlara inanmadı və yanındakı rəsmilərə yüksək səslə tapşirdı: "Sozdat Moskovskuyu komossiyu i v teçenie 1 nedelyu utoçnit i mne dolojit!"

Təxminən 1 həftədən sonra Mərkəzi komissiyanın məlumatı yayıldı ki, zəlzələdə ölənlərin sayı 24 000 nəfərdən bir az çoxdur. Yəni, ermənilərin şişirtmə siyasəti bu dəfə baş tutmadı. Sonralar bəzi məlumatlar yayıldı ki, zəlzələyə əsas səbəb Spitak yaxınlığındakı SSRİ-nin NATO-ya qarşı ən böyük yeralti hərbi bazasında yeni bir "silahın" sınaqdan keçirilməsi olub və bu mülahizələr indiyədək davam etməkdədir.

İSMAYIL TANRIVERDİ
 


Tarix: 6-01-2021, 15:49 Oxunub: 293


Bölməyə aid digər xəbərlər