11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
28 əsgərini ölümdən xilas edən şəhid mayor

Azərbaycan ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən Müharibəsində şəhid olan hərbçilərimiz adlarını ən yeni tariximizə qızıl hərflərlə yazdılar. Onların sırasında ölümündən sonra “Vətən uğrunda” medalı və “3-cü dərəcəli Vətənə xidmət ordeni” ilə təltif edilmiş mayor Mürsəliyev Sübhi Balamirzə oğlu da var.
S.Mürsəliyev 1979-cu il dekabrın 28-də İsmayıllı rayonunun Qurbanəfəndi kəndində müəllim ailəsində anadan olub. Orta məktəbi yüksək qiymətlərlə bitirən Sübhi 1997-ci ildə Bakı Dövlət Univeristetinin Sosial elmlər və psixologiya fakültəsinin İqtisadi nəzəriyyə ixtisasına qəbul olub.
Uşaqlıqdan hərbi sahəyə olan marağı, düşmən tapdağı altındakı torpaqlarımızın azad olunması fikri onu daim düşündürüb. Elə buna görə də ali məktəbi bitirdikdən sonra hərbi xidmətə zabit kimi yollanıb.
Elə ilk günlərdən düşmənlə üz-üzə mübarizə aparıb. Hərbi xidməti boyunca daim cəbhə bölgələrində xidmətdə olub. Göstərdiyi şücaətlərinə görə həmişə hərbi hissə komandirlərinin rəğbətini qazanıb, savadlı, uzaqgörən zabit kimi önə çəkilib, onların diqqət mərkəzində olub. Nəticədə, tez bir zamanda taqım komandirliyindən batareya komandirliyinə yüksəlib.
Hərbi xidmət dövründə cəbhənin Tərtər, Ağdam, Tovuz bölgələrində olub. 2016-cı il Aprel döyüşlərində Talış kəndi uğrunda gedən döyüşlərdə fəallıq göstərib. Müxtəlif medallar və fəxri fərmanla təltif edilib.
Sentyabrın 27-də başlanan Vətən Müharibəsində tabeliyində olan hərbi bölmələrlə düşmənin qorxulu röyasına çevrilib. Sentyabrın 30-da gedən gərgin döyüşlərin birində 28 əsgərini ölümdən xilas edərkən qəhrəmancasına şəhid olub. Zabit və əsgərlərinin dediyinə görə, ölümün gözünə mərd baxan komandir daim əsgərlərini düşünər, onların qayğısına qalarmış.
Ailəli idi, iki oğlu, bir qızı yadigar qalıb.
S.Mürsəliyev İsmayıllı rayonunda dəfn olunub.


Tarix: 5-01-2021, 21:06 Oxunub: 510


Bölməyə aid digər xəbərlər