21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
TARİX YAZAN QƏHRƏMANIMIZ--- polkovnik-leytenant GÖYÜŞOV AMİL....

Bizə 30 illik həsrətdən sonra QƏLƏBƏ sevincini yaşadan Ali Baş Komandanımıza və Şanlı Ordumuza eşq olsun! 
 Bu qələbənin qazanılmasında əməyi olan qəhrəmanlarımızdan biri də Göyüşov Amil Niftalı oğludur. 
Göyüşov Amil Niftalı oğlu  1979-cu ildə Qazax rayonunun Çaylı kəndində anadan olub. 1997-ci ildə Qazax rayon Çaylı kəndi 1 saylı orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq 2001-ci ildə  həmin məktəbi “artilleriya” ixtisası üzrə bitirib. 2001-2002-ci illərdə “Təlim-tədris mərkəzi”ndə zabit ixtisas kursunu bitirib. Müxtəlif hərbi hissələrdə “Tağım komandiri”, “Qərərgah rəisi”, “Diviziya komandiri” kimi xidmət edən qəhrəmanımız 2016-cı ildə “Aprel döyüşləri” zamanı Lələtəpə döyüşlərində hərbçi yoldaşları ilə birlikdə böyük qəhrəmanlıqla düşmənə qarşı vuruşmuşlar. İkinci Vətən müharibəsi başlayandan axıra qədər döyüşlərdə iştirak edib,  verilən döyüş tapşırıqlarını layiqincə yerinə yetirən polkovnik-leytenant Göyüşov Amil Niftalı oğlu   Ali Baş komandan, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən “Vətənə Xidmətə görə” ordeni,  “Fizulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”,  “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Xalqımızın igid, qeyrətli oğluna can sağlığı və daha böyük uğurlar arzu edirik. 
Yaşasın Şanlı Azərbaycan Ordusu!!!




















Tarix: 25-12-2020, 23:06 Oxunub: 1 559


Bölməyə aid digər xəbərlər
11-12-2020, 12:44 Qazilərimiz unudulmur!
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı